masallidan-olan-7-sahibkar

Masallıdan olan 7 sahibkar

Masallıdan olan 7 sahibkar, bir sıra biznes inkişafı təlimlərini müvəffəqiyyətlə başa vurduqdan sonra seçim paneli qarşısında öz biznes planlarını müdafiə ediblər. Onların hamısı tezliklə öz işlərinə başlamaq və ya mövcud bizneslərini genişləndirmək üçün avadanlıq alacaqlar.

Eyvaz İsayev və Asudə Nəzərova süd məhsulları istehsalına başlayacaq, Fatimə Əliyeva isə gözəllik salonu açacaq. Səadət Ağayeva və Zahirə Mənsimova şirniyyat məhsulları satışı ilə məşğul olacaq, Natiq Ağayev özünü dərzilikdə sınayacaq, Zadil Əsgərov isə quşçuluq fəaliyyətinə başlayacaq.

Hamısına uğurlar!

Bu fəaliyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyələşdirdiyi və Azərbaycanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi "Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində təşkil olunur.