“MathCamp 2023” riyaziyyat düşərgəsinə qeydiyyat yenidən başlayır!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və "Bir Könüllü Tələbələrin Əməkdaşlığı ictimai Birliyi təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda "MathCamp 2023" adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır.
Düşərgənin keçirilməsində əsas məqsəd tələbələr arasında riyazi təfəkkürün inkişafı üçün yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması, riyaziyyatın yeni təlim texnologiyalarından istifadə edərək tələbələrdə məntiqi təfəkkürü, təsvir və ixtiraçılıq bacarığının inkişaf etdirilməsi, elmi dünyagörüşünün və riyazi nəzər, praktik biliklərinin gücləndirilməsidir.
Düşərgədə kimlər qeydiyyatdan keçə bilər: Ali təhsil müəssisələrinin riyaziyyat, fizika va əlaqali ixtisaslarında
- bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr;
- magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr;
- qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər.
Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən integrativ təlimə, alqoritmik yanaşmaya, məsələlər həllinə vǝ ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminarlar və vörksoplar təşkil ediləcək.
Məlumat üçün bildirək ki, fevral ayında keçirilməsi nəzərdə tutulan riyaziyyat düşərgəsinin təxirə salınmasının asas səbəbi müraciət edən namizədlərin böyük əksəriyyətinin ixtisaslarının qeyd edilən istiqamətlə uzlaşmamasıdır. Düşərgədə iştirak üçün öncədən qeydiyyatdan keçən və imtahanda iştirak edən namizədlər yenidən müraciət edə bilərlər.
Son müraciət tarixi: 5 mart 2023