medalci-proqramina-start-verilecek--

“Medalçı” proqramına start veriləcək

Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Medalçı” proqramı yayımlanacaq. Məqsəd əsasən olimpiada qaliblərinin uğur təcrübəsini geniş auditoriyaya çatdırmaqdır.

Proqramı hər həftənin şənbə günü saat 19.00-da “T-Network” platformasının layihələrlə iş üzrə mütəxəssisi Nərmin Zarinin təqdimatında “T-Network”ün “Facebook” səhifəsindən izləmək mümkündür.

9 oktyabrdan start veriləcək “Medalçı”nın ilk qonağı “Google” şirkətində böyük mühəndis-proqramçı vəzifəsində çalışan və Beynəlxalq Riyaziyyat Olimpiadasının 2010 və 2011-ci illərdə gümüş medalçısı Elşad Mustafayev olacaq.