media-konulluleri-proqramina-qeydiyyat-yekunlasmaqdadir-

“MEDİA könüllüləri” Proqramına qeydiyyat yekunlaşmaqdadır !

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi "MEDİA könüllüləri" Proqramına qeydiyyat başa çatır.

“MEDİA könüllüləri” Proqramının əsas missiyası medianın inkişafının gənclərin təşəbbüsləri əsasında təqdim olunan layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini və müvafiq prosesdə aktiv iştirakını təmin etməklə yanaşı, mütəmadi olaraq savadlı, müasir, dünyagörüşlü, vətənpərvər, milli köklərə bağlı gənclərin şəxsi və peşəkar inkişaflarına töhfə verməkdir.

3 ay müddətində davam edən “MEDİA könüllüləri” Proqramı çərçivəsində iştirak edən könüllülər üçün “Jurnalistikanın əsasları”, ”Media savadlılığı”, “Rəqəmsal jurnalistika”, “Mediada etika” və jurnalistika ilə əlaqəli digər peşəkar inkişaf təlimləri, eləcə də “Stresin və vaxtın idarə edilməsi”, “Liderlik bacarıqları”, “Yaradıcı düşünmə”, “Nitq mədəniyyəti” və bir çox müxtəlif mövzuları əhatə edən şəxsi inkişaf təlimləri təşkil edilir. Əlavə olaraq “MEDİA könüllüləri” proqramı çərçivəsində könüllülər müxtəlif media subyektlərində 1 aya qədər təcrübə keçirlər. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.

 Əlavə suallar üçün

 [email protected]

 Müraciət üçün son qeydiyyat tarixi 15 fevraldır.