media-lens-layihesine-qeydiyyat-basladi--

"Media Lens" layihəsinə qeydiyyat başladı!

Baku Community Space tərəfindən həyata keçirilən "Qadın Liderlik Məktəbi" proqramının Media komandası sizi "Media Lens" təlim proqramında iştiraka dəvət edir!

Layihəni həyata keçirməkdə əsas məqsəd jurnalistlərə və media işçilərinə gender əsaslı mövzularda olan xəbər başlıqları və məzmunlarını neytral, qərəzsiz - professional şəkildə yazmaqlarına dəstək olmaqdır.

Layihəyə Bakıda yaşayan, 18-35 yaş aralığında olan jurnalistika ixtisası üzrə təhsil alan tələbələr, məzunlar və media işçiləri müraciət edə bilərlər. Seçilən iştirakçılarla "Jurnalistikada etik məsələlər", "Media auditoriyaya necə təsir edir?", "Matbuatın seçdiyi dil niyə önəmlidir?",  "Mediada rəqəmsal storytelling" və digər mövzularüzrə təlimlər keçiriləcəkdir və iştirak ödənişsizdir.

Təlimlər sosial və media sahələrindən olan ekspertlər tərəfindən Azərbaycan dilində keçiriləcəkdir. Layihənin sonunda aktiv iştirakçılara sertifikat və əl əməyi hədiyyələr təqdim ediləcək.

Program müddəti: 1 ay ərzində həftə sonları olmaqla 6 gün, saat 10:00-13:00 saat aralığında keçiriləcəkdir.

Müraciət ücün son tarix: 25 apret 2025, saat 23:59.