media-numayendeleri-jurnalistler-ve-blogerler-ucun-sosial-sahibkarliq-telimi-teskil-olunur--

 Media nümayəndələri, jurnalistlər və blogerlər üçün “Sosial sahibkarlıq” təlimi təşkil olunur

 Media nümayəndələri, jurnalistlər və blogerlər üçün “Sosial sahibkarlıq” təlimi təşkil olunur

Dövlət Məşğulluq Agentliyi və Education HUB-ın birgə əməkdaşlığı ilə keçirilən təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilir. 

Təlimin əsas məqsədi media nümayəndələri arasında sosial sahibkarlıq haqqında məlumatlılığın artırılması və cəmiyyətə gətirdiyi dəyərin onların vasitəsilə daha çox insana çatdırılmasıdır. 

Təlimlərdən sonra media nümayəndələrindən ibarət qrup yaradılacaq və media turlar təşkil olunacaq. 

Təlimlər 20 və 21 may, 2023-cü il tarixlərində Bakıda keçiriləcək. 

Son qeydiyyat tarixi: 14 may, 2023 

Qeydiyyat linki