media-ve-azergold-qsc-nin-birge-teskilatciligi-ile-kreativ-media---baki-adli-mezmun-musabiqesi-elan-edilir--

MEDİA və "AzerGold" QSC-nin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir!


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Kreativ Media - Bakı” adlı məzmun müsabiqəsi elan edilir.

Qeyd edək ki, məzmun müsabiqəsi jurnalistika və kommunikasiya ixtisasında təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “MEDİAlab” layihəsi çərçivəsində həyata keçirilir.
 
Müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcı düşüncəsini inkişaf etdirmək, müasir media çağırışlarına uyğun yeni ideyaların formalaşması və məzmun istehsal etmə bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq və komanda ilə işləmə bacarıqlarını təkmilləşdirməkdir.

Müraciət üçün son tarix: 18 noyabr 2023-cü il

Qeydiyyat linki

Ətraflı məlumat üçün keçid