meetups-by-pasha-bankin-layihesi-cercivesinde-novbeti-gorusunu-qacirmayin--

“Meetups by PASHA Bank”ın layihəsi çərçivəsində növbəti görüşünü qaçırmayın!

       “Meetups by PASHA Bank” layihəsi çərçivəsində növbəti görüş 23 sentyabr 17:00-da baş tutacaq.
“PAŞA Bank”ın əməkdaşları bu dəfəki görüşdə ““Agile kouç” kimdir?” mövzusunda müzakirə aparacaq, müxtəlif sahələrdə “Agile kouç”un rolundan danışacaq və öz beynəlxalq təcrübələrini bölüşəcəklər.

Görüşün məruzəçiləri:
- Həmid Həmidzadə - Şöbə rəhbəri / "Agile" İdarəetmə departamenti
- Esmira Əsədova – "Agile kouç" / "Agile" İdarəetmə departamenti
- Aysel Şükürlü – "Agile kouç" / "Agile" İdarəetmə departamenti

Görüşün proqramı:
- ABŞ-da müxtəlif sahələrdə “Agile” transformasiya
- Azərbaycanda “Agile” transformasiya
- ABŞ və Azərbaycanda “Agile kouç” rolunun fərqləri

Tədbir həm fiziki, həm də onlayn şəkildə keçiriləcək. Fiziki iştirak üçün nəzərdə tutulan yerlər məhduddur, odur ki, qeydiyyatdan keçməyə tələsin