mehelle-mehelleye-3x3-futbol-turnirine-qeydiyyat-basladi--

"Məhəllə-məhəlləyə" 3x3 futbol turnirinə qeydiyyat başladı!

İdman və ekologiyanın ahəngini birləşdirən yarışa komandanla enerji qat !

Hər biri 3 nəfərdən ibarət olan 64 komandanın yarışacağı turnir IDEA İctimai Birliyi tərəfindən abadlaşdırılan məhəllələrin ərazisində təşkil olunacaq.

 16-29 yaş aralığında olan cavanları komanda qeydiyyatına dəvət edirik 

 

Məkan: "Bizim həyət" məhəllələri

 Tarix: 17/18/25 sentyabr, 2022

 

 Yarışacaq komandaların 3 nəfərdən təşkil olunması mütləqdir.

Layihədə iştirak üçün ödəniş tələb olunmur və seçildiyiniz təqdirdə sizinlə əlaqə saxlanılacaq.

Deadline: 14 sentyabr, saat 00:00

 Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondunun  dəstəyi, İDEA  və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşlığı, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə "Cavan Sport" proqramı çərçivəsində keçiriləcək.