mehsuldar-seher-rutini

Məhsuldar səhər rutini

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, yetkin bir insan kimi ortalama olaraq təxminən 68 il yaşayırıq və bu da 25.000 səhər deməkdir. İndi geriyə qalan səhərlərinizi saymağın vaxtıdır.

Hər bir insan individual olduğuna görə ən yaxşı səhər rutini də sizə uyğun olandır. Gündəlik rejimə sahib olmaq daha xoşbəxt və məhsuldar səhərlər üçün əsasdır. Sağlamlığı gücləndirməklə yanaşı, sağlam gündəlik rejim özünüzə qulluq üçün möcüzələr yarada bilər. İş gününə başlamazdan əvvəl özünüzü daha enerjili və xoşbəxt hiss etməyə kömək edər.

Səhər rutini günə məhsuldar başlamağın əsas hissələrindən biridir. Bəs günə hansı səhər rutinlərini formalaşdıraraq məhsuldar başlaya bilərik?

Yaxşı gecə yuxusu 

Gecə yuxusunu almaq hamımızın ehtiyac duyduğu bir şeydir. Əksər böyüklərin hər gecə orta hesabla yeddi saat yuxuya ehtiyacı var. 
Bir az planlaşdırma ehtiyac duyduğunuz istirahəti əldə etməyə kömək edə bilər. İşıqları söndürün, telefonunuzun səssizə alın və növbəti günə daha rahat oyanacağınıza şahid olacaqsız.

Günə bir stəkan su ilə başlayın

Yuxudan oyandığınız zaman qəhvə və ya çayınızın təravətləndirici ətri olduqca cəlbedici ola bilər! Ancaq günə sadə bir stəkan su ilə başlamağa çalışın. Bu rutin əhvalınızı yaxşılaşdırmaq, anlama bacarığınızı artırmaq və səhərlərinizi daha məhsuldar etmək üçün effektiv bir yoldur.

Gündəlik işlərin siyahısını tərtib edin

Bir çox insan səhər işə başlamaq fikrinə nifrət edir. Bunu etməlisiniz demirik! Bununla belə, strategiya qurmaq və fikirlərinizi kağız üzərində, Google Sənəddə və ya vizual Kanban lövhəsində yerləşdirmək üçün səhərlər yaxşı vaxtdır. Hadisələrə görə yaşamaq əvəzinə gününüzü planlaşdırın.

Səhər yeməyi yeyin

Məhsuldar gün zehniniz və bədəniniz üçün düzgün qidanı seçməklə başlayır. Günə sağlam və güclü səhər yeməyi ilə başlayın.
Qəhvə və ya çayınızı hazırlayın və menyuya meyvə smuziləri, yulaf əzməsi və ya sadə sendviç kimi daha sağlam qidalar daxil edin. Səhər yeməyinizi 15 dəqiqədən az bir müddətdə hazırlaya bilmək üçün bir gecədən əvvəl yemək hazırlayaraq vaxtınıza qənaət edin.

Əvvəl ən vacib işlərinizi edin

Bu səhər gündəlik ediləcəklər siyahısında ən vacib məsləhətlərdən biridir.  Bir çox insanlar gün ərzində çox iş görsələr, günün məhsuldar keçdiyini düşünürlər. Lakin, bu tamamilə doğru deyil. Bəli, məhsuldarlıq işləri görməkdən ibarətdir. Bununla belə, diqqət hər hansı bir işə deyil, ən vacib işləri yerinə yetirməyə yönəldilməlidir.

Dünyanın ən məşhur yazıçılarının, alimlərinin və müəlliflərinin əksəriyyəti Mason Currey-nin “Gündəlik Rituallar: Rəssamlar necə işləyir” kitabında da qeyd olunduğu kimi əvvəl ən vacib işlərini görürlər.

Sosial mediadan istifadə etməyin

Oyandıqdan sonra telefondan istifadə etməməyə çalışın. E-poçtlarınıza, mətn mesajlarınıza və ya sosial media bildirişlərinizə sonra da cavab verə bilərsiniz. Sosial media hesablarında postları sürüşdürmək oyanmaq üçün yaxşı bir yol kimi görünə bilər, lakin bu, məhsuldarlığa pis təsir edir və vaxt itkisinə səbəb olur.

Enerjinizi idarə edin

Vaxtı idarə etməyin. Enerjinizi idarə etməyə başlayın və bunun işə yarayıb-yaramadığına baxın. Enerji menecmenti müəyyən bir zamanda ümumi enerjinizi idarə etmək təcrübəsidir. Bu təcrübə məhsuldarlığınızı artırmaq üçün müəyyən vaxtlarda müəyyən fəaliyyətlər etməyi tövsiyə edir.

Məsələn, bir çox yazıçılar səhər tezdən yazma vərdişini formalaşdırırlar, çünki günün o vaxtı diqqət yayındıran şeylər az olduğundan daha keyfiyyətli iş ortaya çıxır. 

Vərdişlər formalaşdırmaq

Qərar yorğunluğu deyilən bir məhfum var. Amerika Psixoloji Dərnəyinin apardığı sorğuya əsasən insanların 33%-dən çoxunun geyinmək və yeməklə bağlı gündəlik qərarlar qəbul edərkən həddən artıq yorulduğunu aşkarlayıb. 

Gündəlik qərarlar vermək üçün sərf olunan enerji, gününüzün qalan hissəsi üçün sizə daha az enerji verir. Sadə gündəlik vərdişlərlə enerjinizi asanlıqla saxlaya bilərsiniz, çünki qərarlar artıq verilmişdir.

Ümid edirik bu tövsiyyələr məhsuldar səhər rutinizi formalaşdırmaqda sizə kömək olar.

Uğurlar!!!