mehsuldarliginizi-artiracaq-4-motivasiya-nezeriyyesi--

Məhsuldarlığınızı artıracaq 4 motivasiya nəzəriyyəsi

Bizi hədəflərimizə doğru hərəkətə keçirən gələcəyimizə dair arzularımızdır. Ancaq arzumuz güclü olsa da, hərəkət etmək üçün motivasiyamız tez zamanda tükənir ya da çoxalıb azala bilir. Təbii ki, məhsuldarlığa bu qədər ciddi təsir edən səbəb psixoloqların bu problemlər üzərinə fərqli nəzəriyyələr inkişaf etdirməsiylə nəticələnir.

1. Frederik Herzberqin motivasiya nəzəriyyəsi- məmnuniyyət və narazılıq səviyyəsini tənzimləmək üçün istifadə edilə bilən gigiyena və motivasiya amillərini izah edir. Məmnuniyyət və məhsuldarlıq arasında birbaşa əlaqə var. 
Gigiyena faktorları, narazılığın qarşısını alan ən vacib minimum şərtlərdir, hansı ki mövcudluğu böyük məmnuniyyət yaratmasa da, əskikliyi narazılığa səbəb olacaqdır. Gigiyena amillərinə təzminat yəni görülən işin maddi dəyəri, iş təhlükəsizliyi, sosial ehtiyaclar(sağlam ünsiyyət) və iş mühiti( oturduğunuz masanın rahatlığı və s.) daxildir.
Mənalı iş gördüyümüzə inanmaq, Gün sonu görülən işlərlə bağlı özümüzü qiymətləndirmə və ya hesabat və sonda alacağınız mükafat isə əsas motivasiya amilləridir. Motivasiya amilləri təmin edildikdə gigiyena amillərinə müsbət təsir edərək məhsuldarlığı artırır.

2. Maslovun Ehtiyaclar Piramidası motivasiya ilə əlaqələndirilə bilən nəzəriyyələrindən biridir. Nəzəriyyə görə heç bir şey bizi öz ehtiyaclarımızdan çox motivasiya edə bilməz. Piramida aşağıdan yuxarı fizioloji ehtiyaclar (qida, sığınacaq, və s.), təhlükəsizlik ehtiyacları (maddi, fiziki qorunma, sağlamlıq və s.),sosial ehtiyaclar(dostluqlar, sevgi, inam) hörmət, özünü realizə etmək ehtiyacları olaraq sıralanır. Nəzəriyyəyə görə, altdan yuxarı doğru insanların ehtiyaclarının təmin edilməsi bir sonrakı ehtiyaca yönəlik tətikləyici motivasiya faktorudur.
Müəyyən bir ehtiyac səviyyəsi təmin edildikdən sonra, növbəti ehtiyac səviyyəsi həvəsləndirici amil olur.

3.Havtorn təsiri
Bu nəzəriyyəyə görə gördüyümüz iş başqaları tərəfindən izlənildiyində daha çox işləmək və daha yaxşı nəticə göstərmək üçün həvəslənirik.İnsanların ən böyük motivasiyası adətən kənardan gördüyü işə olan təqdir olur. İş mühitində bunu təmin etmək iş yoldaşları ilə asan olsa da, şəxsi həyatda hesabat verəcəyiniz və ya fikirlərini ala biləcəyiniz bir dostluqla bunu tənzimləmək mümkündür.

4. Gözlənti nəzəriyyəsi
 Fərdin davranışını təyin edən motivasiyanın bu davranışdan qaynaqlanan gözləntilər olduğunu iddia edən nəzəriyyədir.
Biz səylərimizin əlverişli nəticələr vermə ehtimalına görə hərəkət edirik. Gözləntini keçmiş təcrübələrimiz, özümüzə inamımız və planlaşdırdığımız hədəfin çətinlik səviyyəsi formalaşdırır.
Vasitəçilik lazımi səyləri göstərsək və ya müəyyən bir tərzdə davranırıqsa, mükafat alacağımıza dair olan inamdır. Mükafat bizim üçün dəyərli olduqda motivasiyamız daha yüksək olur. 

Çalışdığınız hər hansı bir hədəf üçün gözlədiyiniz nəticələri, onlara çatdıqda nə hiss edəcəyinizi və nəticənin niyə sizin üçün həlledici olduğunu yazın. Bunun üçün çalışarkən özünüzü motivasiya etmək üçün bu sənədi dəfələrlə nəzərdən keçirin.