menecment-sahesinde-beynelxalq-ixtisasartirma-kursu-kecmek-isteyen-sahibkarliq-subyektlerinin-nezerine--

Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün

 

MÜSABİQƏ ELAN EDİR

Mövzu: İqtisadi kooperasiya

Proqramın dili: İngilis dili

Xərclərin qarşılanması: İxtisasartırma kursunun xərcləri Almaniya tərəfindən qarşılanır

 

Proqram çərçivəsində nəzərdə tutulur:

  • Rəqəmsal və əyani tədris metodlarının tətbiqi ilə təlimlər
  • Almaniyada 2 həftəlik təlim proqramı
  • Qabaqcıl Almaniya şirkətlərinin təcrübəsi ilə tanışlıq
  • İşgüzar əlaqələrin qurulması
  • Proqramın 21 tərəfdaş ölkəsindən 15000-dən çox məzunu olan beynəlxalq biznes cəmiyyətinə qoşulma imkanı  

Proqramın mərhələləri:

  • Hazırlıq mərhələsi (2 həftə virtual)
  • Tədris mərhələsi (6 həftə Azərbaycanda virtual, 2 həftə Almaniyada əyani)
  • Tətbiq mərhələsi (6-8 ay)

Namizədlər üçün tələblər:

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi)
  • Menecment sahəsində ən az 1 il iş təcrübəsi
  • Yaşı 45-dən çox olmamalı
  • Yaxşı səviyyədə ingilis dili
  • Yüksək ünsiyyət və təqdimetmə bacarıqları

 

Əlavə məlumat