mentorlugun-genc-xanimlarin-karyerasinda-rolu--

Mentorluğun Gənc Xanımların Karyerasında Rolu

Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) sahələri üzrə oxuyan və çalışan xanım izləyəcilərimizin nəzərinə!

22 dekabr saat 19:00-da BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi sahənin öndə gedən peşəkarlarını "Mentorluğun Gənc Xanımların Karyerasında Rolu" mövzusu ətrafında onlayn müzakirədə bir araya gətirəcək.

Qonaq spikerlər:

▶️ Şəhla Məmmədova, Agile Kouç, "PAŞA BANK" ASC / Həmtəsisçi, Femmes Digitales

▶️ Nigar Cəlilova, Əməliyyatlara dəstək komandasının rəhbəri, BP

▶️ Rəşad Eyvazov, Direktor, "Next Step" İnnovasiya Mərkəzi

▶️ Elnarə Məmmədzadə, Data analitiki

Moderator: Nərgiz Quliyeva, İnkişaf Həlləri üzrə rəhbər, BMTİP-nin Akselerator Laboratoriyası

Müzakirə zamanı BMTİP-nin yeni Mentorluq platformasının təqdimatı da baş tutacaq.

Müzakirəyə UNDP Azerbaijan Facebook səhifəsində canlı yayımlanacaq.

Qeyd edək ki, sözügedən müzakirə BMT-nin İnkişaf Proqramı (UNDP Azerbaijan) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID/Azerbaijan) birgə başlatdığı "Qadınlar STEM-də" (Women in STEM) kampaniyası çərçivəsində keçiriləcək.