mentorluq-proqrami-ucun-konullu-axtarilir--

Mentorluq Proqramı üçün könüllü axtarılır

AUKAA Oktyabr ayında start verəcəyi Qrup Mentorluq Proqramı üçün könüllü mentorlar axtarışındadır!

Məqsədimiz öz sahəsində uğurlu olan magistr təhsilli Britaniya məzunlarını və eyni zamanda qabaqcıl dünya universitetlərinin magistr təhsilli məzunlarını  həmin sahədə Azərbaycan universitetlərində bakalavr təhsili alan 3-cü və 4-cü kurs tələbələri ilə əlaqələndirmək və beləliklə onların gələcək akademik və professional nəaliyyətlərinə töhvə verməkdir. Tələbələr müraciət əsasında seçiləcəklər.
Proqramın cədvəlini mentorlar özləri müəyyən edəcəklər və zəruri qrup görüşləri ayda bir dəfə olmaqla onlayn və ya canlı olaraq keçirilə bilər.
Mentorlar tələbələri əsas olaraq 4 istiqamətdə yönləndirəcəklər:
• Karyera inkişafı
• Effektiv ünsiyyət
• Şəbəkələşmə
• Effektivliyin artırılması / məqsədlərin qoyulması və vaxtın idarə edilməsi

Bu proqramda mentorluq etmək istəyən şəxslərdən xahiş edirik ki, forma daxil olaraq qeydiyyatdan keçsinlər: https://cutt.ly/GQbXs4g

Müraciət üçün son tarix: 25 Avqust

Əlaqə üçün: E-mail: [email protected] / Tel: 051 745 13 38