merkezi-karyera-filialinin-karyera-planlama-sobesinin-aparici-mutexessisi-mikayil-tagiyev-terefinden-effektiv-rezume-hazirligi-movzusunda-teqdimat-kecirilecek--

Mərkəzi Karyera filialının Karyera Planlama şöbəsinin aparıcı mütəxəssisi Mikayıl Tağıyev tərəfindən "Effektiv Rezume Hazırlığı" mövzusunda təqdimat keçiriləcək

19 dekabr saat 18:00-da Bakı Amerika Mərkəzində Dövlət Məşğulluq Agentliyi (DMA) ilə əməkdaşlıq çərçivəsində agentliyin Mərkəzi Karyera filialının Karyera Planlama şöbəsinin aparıcı mütəxəssisi Mikayıl Tağıyev tərəfindən "Effektiv Rezume Hazırlığı" mövzusunda təqdimat keçiriləcək.

Təqdimat zamanı iştirakçılara agentliyin fəaliyyəti və vətəndaşlara təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat veriləcək, effektiv rezumenin necə hazırlanmalı olduğu haqqında təqdimat keçiriləcək.

İştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyat formasını doldurmaq vacibdir!
 

Təqdimatda iştirak hər kəs üçün açıq və ödənişsizdir.

 

(012) 441 36 80
[email protected]
R. Behbudov küç. 134, Azərbaycan Dillər Universiteti