milli-idare-heyetinin-kesabat-konfransinda-istirak-etmek-huququndan-yararlan--

Milli İdarə Heyətinin Kesabat Konfransında iştirak etmək hüququndan yararlan!

Dəyərli gənclər,

ELSA Azərbaycan sizləri təşkilatımızın tarixində üçüncü dəfə təşkil olunacaq Milli Şura Toplantısına dəvət edir. Milli Şura Toplantısında ELSA Azərbaycanın əsasnaməsinə əlavə və dəyişikliklər ediləcək, üzvlərin ELSA biliklərini artırmasına kömək etmək üçün workshop’lar, 2020/2021-ci illər Milli İdarə Heyətinin Kesabat Konfransı və 2021/2022-ci illər Milli İdarə Heyətinə seçkilər keçiriləcək.

Milli Şura Toplantısında iştirak etmək və qərarların qəbulu üçün səs vermək hər bir ELSA Azərbaycan üzvünün hüququdur.

Sizi bu hüququnuzdan istifadə etməyə dəvət edirik!

Qeyd: Milli Şura Toplantısı ərzində keçiriləcək növbəti Milli İdarə Heyətinin Seçki prosesində yalnız 30 may tarixinədək üzv olmaq üçün müraciət etmiş(üzvlük blankını doldurmuş) şəxslərin səs hüququ olacaq. Əsasnamə ilə bağlı qərarların qəbulunda isə bütün üzvlərin səs hüququ var.

Milli Şura Toplantısı 24-25 iyul tarixində keçiriləcək və Hazırlıq Materialları, eyni zamanda Agenda bütün üzvlərə e-mail ünvanı vasitəsilə əvvəlcədən göndəriləcək.

Link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz

Son qeydiyyat tarixi: 20 iyul 2021, 23:59