mof-agency-junior-motion-design-uzre-1-ayliq-tecrube-proqrami-elan-edir--

MOF Agency Junior Motion Design üzrə 1 aylıq təcrübə proqramı elan edir!

Tələblərimiz : 

Dizayn sahəsinə ümumi marağın olması;
Yüksək araşdırma bacarığı;
Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
Adobe Photoshop, Adobe Illustrator, Adobe After Effects, Adobe Premiere Pro üzrə biliklərin olması;
Çevik və sürətli işləmə bacarığı;
Detallara qarşı diqqətlilik;
Marketinq və dizayn sahəsi üzrə trendlərdən xəbərdar olmaq;
Brieflərlə işləmə bacarığı;
Təşəbbüskarlıq, yeni kreativ ideyaların düşünülməsi və tətbiq olunması;

 Vəzifə öhdəlikləri:

Media üçün motion dizaynın yaradılması və adaptasiyası;
Motion design üçün audio, video, rənglər, animasiyalar və s. seçilməsi
Motion design animasiyalarını təkmilləşdirmək, videonun redaktəsi və effektlərin/elementlərin əlavə edilməsi;
Yaradıcı tapşırığa uyğun olaraq biznesin ehtiyaclarına cavab verən dizayn konsepsiyalarının, 2D qrafik videoların hazırlanması.

İş şəraiti :

İş saatları Adı 11:00-dan, 19:00-dək, əslində isə öyrənənədək işlədirik.
İş günləri: Həftəiçi 5 gün

Proqrama qoşulmaq üçün öz CV-nizi [email protected] elektron poçt ünvanına mövzu (subject) bölməsində “Junior Motion Designer” qeyd edərək göndərə bilərsiniz.