motivasiya-uslubunuzu-bilirsinizmi

Motivasiya üslubunuzu bilirsinizmi?

      Nəyisə etmək üçün motivasiyaya ehtiyacımız yananır. Motivasiya bizi nələrisə etməyə təşviq edən gücdür. Elə motivasiya sözünün kökü olan "motiv" sözünün mənası da "təkan" deməkdir. Bu təkan bəzən kifayət qədər güclü olur, bəzənsə tükənir və funksiyasını dayandırır.
      Motivasiyalı qalmağın ən yaxşı yolunu tapmaq üçün motivasiya üslubunuzu müəyyənləşdirməlisiniz. Motivasiya üslubunuzun nə olduğunu bilmək motivasiyalı qalmağın da açarıdır.

Motivasiya üslubunuzu bilmək niyə vacibdir?
      Gəlin bu sualın cavabı üzərində biraz düşünək. Motivasiya üslubunun bəzi faydalarına və səbəblərinə baxaq:

  1. Davranışımızı dəyişdirir - istifadə etdiyiniz motivasiyadan asılı olaraq düşüncənizi dəyişdirəcəksiniz. Bir motivasiya üslubu sizi uzunmüddətli ruhdan sala biləcəyi kimi, digər bir motivasiya üslubu sizi irəli apara bilər.
  2. Güclü məmnuniyyət hissi - motivasiya tərziniz sizi ən çox maraqlandığınız hədəfləri təyin etməyə məcbur edəcəkdir. Ən çox maraqlandığınız hədəflərə çatmaq üçün motivasiyaya sahib olduğunuza görə sonrakı mərhələdə bu proses məmnuniyyətə çevrilir.
  3. Artan maraq - Həvəsiniz yoxdursa, buna vaxt sərf etməyəcəksiniz. Düzgün motivasiyaya sahib olmaq, bu sahəyə maraq yaratmağa kömək edəcək bir şey üzərində dayanmaq deməkdir.
  4. Sizə xidmət edən xüsusiyyətləri inkişaf etdirir - Məqsədlər vərdiş edinmə ilə əlaqədardır və bunlardan keçmək üçün motivasiyanız olduqda lazımi xüsusiyyətləri də inkişaf etdirirsiniz. Bu xüsusiyyətlər həmin vəziyyətdə sizə kömək edir, bununla yanaşı bu xüsusiyyətlər başqa vəziyyətlərdə də istifadə edilə bilər.

       Motivasiya üslublarınızı bilmək sizə özünüzü daha yaxşı tanımağa kömək edir. Problemləri müəyyənləşdirə və onları aradan qaldırmaq və davam etmək üçün motivasiya tapa bilirsiniz.

       Sizə uyğun çoxsaylı motivasiya üslubları ola bilər. Bir neçə üslubla vərdişləri gücləndirmək üçün bir neçə motivasiya mənbəyindən istifadə edə bilərsiniz.
Motivasiya üslubunuzu müəyyənləşdirmək üçün müxtəlif onlayn testlər mövcuddur. Bu testlər vasitəsilə motivasiya üslubunuzu müəyyənləşdirə bilərsiniz.

Bəs hansı motivasiya üslubları mövcuddur? Gəlin birlikdə nəzər yetirək.
Daxili və Xarici Motivasiya
Ancaq konkret üslubları anlamaq üçün vacib olan iki əsas motivasiya növü var: daxili və xarici motivasiya. Bu növləri anlamaq üslubları daha yaxşı başa düşməyinizə kömək edəcək.
Xarici motivasiya ətrafınızdakı şeylərin sizi motivasiya etməsidir. Nümunələrə Youtube videoları, motivasiya edən natiqlər, afişalar və ya sizə ilham verən məqalələrdir. Xaricdən motivasiyanıza təsir edən hər hansı bir şey xaricidir.
Daxili motivasiya xarici motivasiyanın əksidir. Daxili motivasiyanın daha üstün motivasiya olduğuna inanılır. Daxili motivasiyanın ən yaxşı nümunələrindən biri məqsədlərinizə çatma səbəblərinizdir.
Bu motivasiya növlərinin hər ikisi vacibdir və həlledici rol oynayır.

Motivasiya Stili
Daxili Motivasiya
1. Fizioloji
Bu motivasiya tərzi vəziyyətə görə formalaşır və ehtimal ki, bunu əsas ehtiyaclarınızı ödəməklə tapa bilərsiniz.
Maslovun ehtiyaclar nəzəriyyəsi bu motivasiyanı daha yaxşı izah edir və nümunə olaraq götürülə bilər. Nəzəriyyə hər kəsdə yemək və sığınacaq kimi əsas ehtiyaclarla yanaşı daha yüksək səviyyəli psixoloji və özünü reallaşdırma kimi ehtiyacları qarşılamaq üçün motivasiya olduğunu göstərir. Hər kəsdə bu motivasiya var.

2. Nailiyyət
Bu cür motivasiya bir tapşırığa və ya bir hədəfə çatmaqdan qaynaqlanır. Bu o demək deyil ki, bu motivasiya yalnız nailiyyətin gətirəcəyi mükafata görə yaranır. Bu motivasiya növü müddət ərzində formalaşır, müəyyən addımlar atdıqca və irəlilədikcə məmnunluq hissi yaşayır və motivasiya olunursunuz.

3. Münasibət
Daxili motivasiyanın digər forması münasibət motivasiyasıdır. Bu sizin və ya başqalarının düşüncə və hisslərini dəyişdirmək istəyinizlə inkişaf etdirilən motivasiya növüdür. Bu tərzdə motivasiya olanlar ətrafdakıları cəsarətləndirmək, başqalarını daha yaxşı hiss etdirən və ya ruhlandıran sözlər və hərəkətlərlə qarşılıqlı fəaliyyətə üstünlük verirlər.
Buna nümunə motivasiya etməyi bacaranlardır. Ətrafdakılar üçün bunlar hamısı xarici motivasiyadır. Ancaq bu ruh yüksəkliyi şəxsi motivasiya edərək onu səhnəyə çıxmağa, video çəkməyə və motivasiya məzmunu hazırlamağa təşviq edən bir şeydir.

4. Bacarıq və Öyrənmə
Öyrənmə motivasiyası da deyilən motivasiya növü mükafatdan çox müddətə əsasən formalaşır. Bunu müvəffəqiyyət motivasiyası kimi düşünün, ancaq bu cür motivasiya olan insanlar üçün əsas olan proses və öyrənmə aspektidir.
Bu cür motivasiya  hədəfinizi və ya vəzifənizi yerinə yetirmək üçün irəliləyərək motivasiya tapmaqdan ibarətdir. Gedəcəyiniz yer gözəldir, amma bunu etmə səbəbiniz gedəcəyiniz yerə görə deyil. 
Qeyd olunan daxili motivasiya üslublarından ən dəyərlisi budur. Hər hansı bir hədəfə və ya vəzifəyə doğru çatarkən müddət ərzində yaşayacağınız motivasiya növüdür. Əldə etdiyiniz hər bir irəliləyiş sizi gücləndirəcəkdir.

Xarici Motivasiya
5. Təşviq
Xarici motivasiyaya gəldikdə yəqin ki, ən çox eşitdiyiniz motivasiya növü təşviq motivasiyasıdır. Bu o deməkdir ki, siz motivasiyanı  hədəfə gedən yolda və ya vəzifəni yerinə yetirməkdə deyil, nəticələrdə və ya mükafatlarda tapırsınız.

6. Qorxu
Qorxu motivasiyası qorxu anında və ya narahat bir vəziyyətdə motivasiyanın yaranmasıdır. Bu motivasiyanın yaranmasına mənfi xarici təsir səbəb olur, ancaq bu təsir mənfi olmasına baxmayaraq effektivdir.

7. Güc 
Gücdən motivasiya alan insanlar öz həyatlarına bəzənsə başqalarının da həyatlarına nəzarət etməklə motivasiya olan insanlardır. Hər kəs seçim etmək istəyir və sizə bunun üçün daha çox seçim verilsə, bu motivasiyanı həyatınızda da tapacaqsınız.
Bu motivasiyaya nümunə hansı məktəbdə oxumaq istədiyinizi seçmək və ya karyera istiqamətinizi müəyyənləşdirmək kimi seçimlər daxildir. Bu prosesin özü güc motivasiyasını yaradır, çünki düşüncələrinizlə və hərəkətlərinizlə yaşamaq istədiyiniz həyatı yaradırsınız.

8. Mənsubiyyət və Sosial motivasiya
Son motivasiya üslubu mənsubiyyət və sosial motivasiyadır. Bu cür motivasiya içimizdə olan bir şeydir, çünki sosial bir qrupa qoşulmaq və töhfə vermək istəyimizdən qaynaqlanan motivasiyadır.
Buna daha dərindən nəzər yetirsək bu motivasiyanın qəbul olunma və müəyyən qruplara daxil olmaq istəyindən qaynaqlandığını görəcəyik.

Sizi nəyin motivasiya etdiyini aşkarladıqdan sonra öz həyatınıza daha çox nəzarət edə bilərsiniz. Özünüzü daha yaxşı dəyişdirə və bu dəyişikliklə inkişaf edə biləcəksiniz. Bununla yanaşı bu proses sizi məmnun edən, maraqlandığınız və böyümənizə kömək edən vərdişləri daha dərindən başa düşməyinizə kömək edəcək.