motivasiya

Motivasiya

Motivasiyasız işçi produktiv ola bilərmi?

 

"Nəsə etməyə həvəsim yoxdur, motivasiyam düşüb” kimi hiss edirsinizə mütləqdir ki, produktiv olmağınıza mane olacaq. Elə isə motivasiyanı necə davamlı saxlamağın mümkünlüyündən bəhs edək.

 

Ümumilikdə motivasiya  bizi itələyən qüvvədir ki, iş və ya ideya icra etmə prosesimizi məqsədyönlü şəkildə etməyimizə şərait yaradır. Motivasiya bir insanın məqsədlərinə nail olmasına kömək edən təməl xüsusiyyətdir. Bu, insanı öz məqsədlərinə nail olmaq üçün inadla işləməyə sövq edir. İnsan motivasiyaya təsir etmək üçün düzgün liderlik keyfiyyətlərinə malik olmalıdır. Lakin konkret motivasiya planı yoxdur.

 

Bir lider olaraq tabeçiliyində olanların müxtəlif ehtiyaclarını bilmək, əlbəttə ki, qərarların qəbul edilməsi prosesini asanlaşdıracaqdır.

 

Həm işçi, həm də rəhbər liderlik və motivasiya keyfiyyətlərinə malik olmalıdır. Effektiv lider başqaları üçün motivasiya amillərinin dərin biliyinə malik olmalıdır. O, işçilərin, həmkarlarının və əməkdaşların əsas ehtiyaclarını başa düşməlidir. Liderlik başqalarını motivasiya etmək vasitəsi kimi istifadə olunur. Motivasiya və enerji bir vəhdəd təşkil edir. Enerji tez-tez bir işi yerinə yetirmək qabiliyyəti kimi, motivasiya isə hərəkət etmək niyyəti və ya arzusu kimi qəbul edilir. Bu bacarıqlar niyyətləri bacarıq və nailiyyət qabiliyyəti ilə birləşdirməyə kömək edir.

 

Həvəsdən düşmə hallarında almalısınız ki, sizi məqsədiniz uğrunda getməyə vadar edəcək o motivasiyanı yenidən özünüz formalaşdırmalsınız. Özünüzün motivasiya bacarıqlarınız olmadan, enerjini idarə etmək və yeniləmək çox çətinlik yaradar və hətta başladığınız işi atmağa gətirib çıxardar.

 

Bu məqalənin məqsədi sizə belə çətin məqamlarda bələdçilik etməkdir. İlk növbədə nə üçün hər hansı işə başladığınızı düşünün. Mövzudan aslı olmayaraq, səbəb əsasdır. Özünüzün inandığınınız, sizi bu işdə hərəkətə gətirən səbəbin yoxdursa, artıq məqsədli irəli getməkdən danıçmağın mənası olmayacaq. O səbəbi özünüz üçün təyin etdikdə, hər şey daha asan idarə edilir və motivasiyanız düşdüyü zaman o səbəbə qayıdıb yeni dinamika yaratmaq mümkündür.

 

Özünə qarşı ədalətli ol- Bir çox hallarda, insan özünü və bacarıqlarını qiymətləndirmir və hər xırda səhvdə özünü qınayır. Bəzən də əksinə, özü və bacarıqları haqqında qeyri-real qiymətləndirməklə, həqiqət ilə üzləşdiyi zaman, digərlərini günahlandırma və ətrafa neqavit yanaşma müşahidə olunur. Nəticədə ruh düşgünlüyü, motivasiya azlığı olmaması üçün ədalətli və realistic olun. Öz güclü və zəif tərəflərinizi aşkar edin və inkişaf etdirməkdən heç vaxt yorulmayın.

 

İstirahət produktiv nəticənin əsasıdır. İdman sahəsində külə çevrilmək termini vardır ki, istirahətsiz idmançının ağır məşq prosesindən sonra zədə alması və ya ümumiyyətlə fiziki bazanın tükənməsinə səbəb olur. Bu nümunə, özünü yormadan addımlamaq və həm fiziki həm mənəvi sağlamlığına diqqət göstərməyin üçündür. Həmçinin ən yaxşı istirahət tapşırıqların dimanik dəyişməsidir. Yəni nəyisə öyrənməyi məqsəd seçmisinizsə, eyni üsuldan istifadə szii yora, həvəsdən sala bilər. Alternativ və maraqlı üsullar, və ya ümumiyyətlə işlərin ardıcıl dəyişməsi, əsas məqsəd uğrunda stabil motivasiyalı hərəkət etməyə kömək olacaq.

 

Nəticələrin qiymətləndirilməsi- istənilən mövzuda, gördüyünüz işin uğur indikatoruna nəzər salın. Başladığınız zamandan nələri və necə əldə edib, öyrəndiyinizə həmişə diqqət yetirin. Bəzən hətta yazılı hesabatlar, motivasiya azlığı zamanı nəticədə əldə olunmuş, və daha sonra əldə edə biləcəyiniz uğuru əyani göstərmiş olacaq.

 

Riskləri təyin edin- qarşıya qoyduğunuz məqsədə mane ola biləcək amilləri adekvat qiymətləndirməyiniz, sizə, problem yarandığı halda ruhdan düşməyinə səbəb olmaz.

 

Hər bir halda çətinlik yaranır, əsas nə olursa olsun məqsəddən dönməmə iradəsini qorumaqdır.

 

Bu sizin motivasiyalı liderə çevrilməyinizə imkan yaradacaq.