movcud-kredit-portfeli-uzre-faizlerin-subsidiyalasdirilmasi-mexanizmi-cercivesinde-indiyedek-6007-muraciet-daxil-olub--

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək 6007 müraciət daxil olub

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində indiyədək 6007 müraciət daxil olub, bunlardan 4849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın məbləği 61.7 milyon manatdır.

 Qeyd etmək lazımdır ki, faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.