muasir-dovrde-genclerin-inkisafi-ucun-destek-gosteren-qurumlar-ve-onlarin-intellektual-potensialinin-inkisaf-etdirilmesi-ve-stimullasdirilmasi-haqqinda-muzakireni-qacirma--

“Müasir dövrdə gənclərin inkişafı üçün dəstək göstərən qurumlar və onların intellektual potensialının inkişaf etdirilməsi və stimullaşdırılması” haqqında müzakirəni qaçırma

Gənclər və Gənclər Təşkilatlarının nümayəndələrinin nəzərinə!

Hər il ənənəvi olaraq keçirilən panel görüşlərinin 1-ci mərhələsi 16 iyul tarixində baş tutacaqdır.

Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Gənclər təşkilatlarının nümayəndələri müxtəlif başlıqlı mövzular ətrafında müzakirələr aparacaq və gənclərin suallarını cavablandıracaqlar.

İlk Panel görüşünün müzakirə mövzusu “Müasir dövrdə gənclərin inkişafı üçün dəstək göstərən qurumlar və onların intellektual potensialının inkişaf etdirilməsi və stimullaşdırılması” olacaqdır.

İlk panel çıxışçıları:
1. Asif Əsgərli- Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi
2. Asim Vəliyev - Gənclərin Töhfəsi İctimai Birliyi
3. Aydın Əbilov- Yeni yazarlar və Sənətçilər İctimai Birliyi
4. Orduxan Qəhrəmanzadə- Erasmus Tələbə Şəbəkəsi- Azərbaycan İctimai Birliyi

"Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı" Gəncə
Gənclərin Töhfəsi İctimai Birliyi
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi
Erasmus Student Network Azerbaijan

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz