muasir-tehsilin-inkisaf-strategiyalari-ugurlar-ve-cagirislar-adli-beynelxalq-elmi-konfrans-kecirilecek--

“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçiriləcək

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” adlı beynəlxalq elmi konfransda təhsilin idarə olunması üzrə mütəxəssis, Finlandiyanın “HundrED” qlobal təhsil təşkilatının icraçı direktoru və həmtəsisçisi Lasse Leponiemi “Bacarıq əsaslı məzmun” mövzusunda məruzə edəcək.

Lasse Leponiemi 2003-cü ildən gənclərin təhsil və karyera planlaması sahəsində çalışır. 2008-ci ildə Finlandiyada universitet təhsili ilə maraqlanan hər kəsi əhatə edən elektron tələbə məsləhəti və marketinq xidmətinin əsasını qoyub. 2012-ci ildən təhsil konsepsiyalarının hazırlanması ilə məşğuldur.

Xatırladaq ki, elmi beynəlxalq konfrans Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ-nin tərəfdaşlığı və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təşkil olunur.

Məqsəd pedaqoji sahədə əldə edilmiş yenilikləri təbliğ etmək, tətbiqini genişləndirmək, gələcək hədəfləri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə müzakirə etmək və təkliflər formalaşdırmaqdır.

Ətraflı məlumat