muasir-tehsilin-inkisaf-strategiyalari-ugurlar-ve-cagirislar-beynelxalq-elmi-konfransinin-panellerinden-biri-pesekar-inkisaf-movzusunda-olacaq--

“Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” beynəlxalq elmi konfransının panellərindən biri “Peşəkar inkişaf” mövzusunda olacaq.

26-27 noyabr tarixlərində Naxçıvan şəhərində keçiriləcək “Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar” beynəlxalq elmi konfransının panellərindən biri “Peşəkar inkişaf” mövzusunda olacaq.

Bu paneldə “Təhsilverənlərin peşəkar inkişaf imkanları”, “Müəllim peşəkarlığının inkişafının nəzəri-pedaqoji məsələləri”, “Metodik dəstəyin təşkili və təhsildə müasir metodist obrazı”, “Öyrədənlərin fərdi inkişafının psixoloji əsasları”, “Tədris prosesində İKT-dən istifadə rəqəmsal savadlılığı formalaşdırma amili kimi”, “Tədris prosesində interaktiv mühitin yaradılması məsələləri”, “Pedaqoji kreativlik, yaxud kreativ pedaqogika”, “Distant təlimin psixoloji problemləri” adlı məruzələr təqdim olunacaq.

Xatırladaq ki, beynəlxalq elmi konfrans Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə əyani və videobağlantı formatlarında təşkil olunur.