muasir-tehsilin-inkisaf-strategiyalari-ugurlar-ve-cagirislar-movzusunda-beynelxalq-elmi-konfrans-kecirilecek--

"Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti və ARTİ-nin tərəfdaşı olduğu "Müasir təhsilin inkişaf strategiyaları: uğurlar və çağırışlar" mövzusunda beynəlxalq elmi konfrans (əyani və videobağlantı formatlarında) 26-27 Noyabr 2021-ci il tarixində Naxçıvan şəhərindən keçiriləcək.

        Beynəlxalq konfransın materiallarının məqalə və ya tezis şəklində ənənəvi və elektron formatlarda nəşri nəzərdə tutulur. Konfransın şərtləri və materialların nəşrə təqdim olunmasına dair tələblər ayrıca bölmədə verilir. 

       Konfransın əsas müzakirə istiqamətləri aşağıdakılardır: 

- Müasir dövrün çağırışları və dünyada təhsilin inkişaf tendensiyaları

- Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas priotetlərindən biri kimi

- Təhsilin məzmununun yenilənməsi pedaqoji problem kimi

- Bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri və akkreditasiya müxanizmlərinin təkmilləşdirilməsi

- Təhsildə məsafədən təlimin aktual məsələləri  və s.

        Konfransın işində iştirak etmək üçün elmi məruzələrin materialları MƏQALƏ və ya TEZİS şəklində 2021-ci il noyabr ayının 20-nə kimi Təşkilat Komitəsinin [email protected] elektron ünvanına (üzərində Beynəlxalq konfrans üçün göstərilməklə) göndərilməlidir. 

        Konfrans əyani və ya videobağlantı (Zoom platforması vasitəsilə) formatında təşkil olunacaq. ID və parol əlavə olaraq verdiyiniz elektron ünvana və ya əlaqə nömrəsinə göndəriləcək.

       Konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. 

 

Daha ətraflı məlumat əldə etmək üçün keçid