mubariz-qadinlar-3-panel-muzakiresi-kecirilecek--

"Mübariz Qadınlar 3" panel müzakirəsi keçiriləcək

Əziz gənclər,

Sizə xoş xəbərimiz var!

"Gender Hub Azerbaijan" və "ColorBrain" elmi və sosial platformasının birgə əməkdaşlığı çərçivəsində "Mübariz Qadınlar 3" panel müzakirəsi həyata keçirilir.

Panel çərçivəsində “Qızlar oxusun” layihəsinin icraçı direktoru Zəhra Həşimova “Yarıda qalmasın, qızlar oxusun!” mövzusunda çıxış edəcəkdir.

Tarix: 16 iyul 2023 (Saat: 12:00-15:00 aralığı)

Məkan: Globus Center, 13-cü mərtəbə (Təlim otağı)

Qeyd: 
İştirakçı sayı limitli olduğu üçün qeydiyyatdan keçən ilkin namizədlərə üstünlük veriləcək.