mubarize-ugurun-bir-hissesidir

Mübarizə uğurun bir hissəsidir

       Mübarizəni bir şeyin səhv getdiyinə işarə olaraq görürük. Ancaq bunun əvəzinə yaxınlaşan bir uğurun əlaməti olsaydı nə olardı? Mübarizədən qorxma. Nəyin bahasına olursa olsun, bundan çəkinməyin.
      Mübarizə hərəkətə keçməyiniz deməkdir. Heç bir iş görməməkdən daha çətindir, amma hədəflərinizə doğru irəlilədiyiniz deməkdir. Əgər aradan qaldırılması lazım olan bir şey yoxdursa, bəlkə də heç bir şey olmadığına görədir? Gözləyirsinizsə, heç bir mübarizə olmayacaq, eyni zamanda heç bir irəliləyiş olmayacaq.
      Güc mübarizədən gəlir. Mübarizələrinizi daha güclü, daha yaxşı, daha ağıllı olmaq üçün bir fürsət kimi görməyi öyrəndikdə düşüncəniz “Bunu edə bilmirəm” fikrindən “Bunu etməliyəm” şəklinə keçir və siz hərəkətə keçirsiniz.
       Mübarizə çalışdığınıza, hədəfinizə gedən bir yola qədəm qoyduğunuza işarədir. Çalışmadığınız zaman isə heç bir irəliləyiş və uğurdan söhbət belə gedə biləz. 
Mübarizə ilə bağlı ikinci müsbət şey isə bizə çox şey öyrətməsidir. Səhvlər etdikdə və problemləri həll etdikdə qazandığımız təcrübələrdən öyrənirik.
Yıxılıb ayağa qalxan insan heç bir işə başlamamış birindən daha yaxşı hər hansı bir məsələni həll etməyə qadirdir. Maneələr bizi daha müdrik edir və müxtəlif vəziyyətlərə qarşı  daha hazırlıqlı olmağa  məcbur edir.
        Asanlıqla əldə edilən hər şey  daha az qiymətləndirilir. Daha tez və daha asan əldə edilən şeylər eyni zamanda daha az duyğu dəyərinə sahibdir. Düşünün, heç bir səbəb olmadan sizə bir mükafat verilsə, bu sizin üçün nə dərəcədə əhəmiyyət daşıyacaq.  Bəs həqiqətən buna nə qədər dəyər verəcəksən?
        Bir şeyi əldə etmək üçün çalışdıqda, mübarizə apardıqda  həqiqətən də bizə aid hiss edirik və bizim üçün inanılmaz dərəcədə dəyərli olur. Çünki istədiyimiz hər hansı bir şeyi əldə etmiş olmağın yaratdığı duyğu bizi xoşbəxt edir və özgüvən formalaşdırır. Mübarizə həm də bizə əldə etdiklərimizi qiymətləndirməyə kömək edir.
        Mübarizə ən yaxşı müəllimimizdir. Mübarizə əldə etmək üçün çalışdığımız hədəflərin bizim üçün vacib olub olmadığını göstərir. Həqiqətən heç bir əhəmiyyəti olmayan bir şey uğrunda mübarizə apardığımız zaman həqiqi əhəmiyyət daşıyan və bizim üçün vacib olan şeylər aydın olur. 
       Mübarizə bizim dostumuzdur, düşmənimiz deyil. Bu, irəlilədiyimizi göstərir. Bu o deməkdir ki, biz böyüyürük və məhdudiyyətlərimizi aşırıq. Mübarizə etmək məcburiyyətində qalırıqsa, deməli, həqiqətən hər şeyi edirik.
       Bir mübarizə ilə üzləşsəniz, təslim olmayın. Bunun əvəzinə özünüzdən soruşun ki, ümumiyyətlə mübarizə aparmırsınızsa, doğru yoldasınızmı? Həqiqətən dəyərli bir şey varmı? Sizə meydan oxuyacaq bir şey varmı?
       Mübarizə nə qədər çətin və yorucu olursa olsun, irəliləməyə davam edin. Zirvəyə yalnız bir addım qalmış ola bilər.