muellimler-ucun-odenissiz-vex-vr-telimini-qqacirmayin--

Müəllimlər üçün ödənişsiz VEX VR təlimini qqaçırmayın!

Müəllimlər üçün ödənişsiz VEX VR Təlimi!
VEX robotikanın Azərbaycandakı rəsmi nümayəndəsi STEMART Robotika Akademiyası və Türkiyə qabaqcıl STEAM mərkəzi EDUCAT hub  Azərbaycanlı müəllimlər üçün ödənişsiz onlayn VEX VR təlimləri keçirəcək.
Təlim iştirakçıları VEX Virtual Reallıq planformasında robotika və kodlaşdırmanın tədrisi metodlarına yiyələnəcək.
Təlimçi VEX robotika Türkiyə nümayəndəliyinin baş metodisti Halim Can Dinç tərəfindən Zoom platforması üzərində keçiriləcək.
İştirakçılara "İştirak Sertifikatı" təqdim ediləcək.
İştirak etmək istəyənlər aşağıdakı linkdən istifadə edərək qeydiyyatdan keçməlidirlər. 
P.S. Qeydiyyat zamanı işlək e-mail qeyd etməyi unutmayın. Görüş üçün qoşulma linki və iştirak sertifikatı həmin e-mail üzərindən göndəriləcək.