muellimlerin-nezerine-oxumayan-qalmasin-layihesi-cercivesinde-erken-nikah-ve-tehsil-movzularinda--telimler-sessiyasi-kecirilecek

Müəllimlərin nəzərinə: "Oxumayan qalmasın" layihəsi çərçivəsində "Erkən nikah və Təhsil" mövzularında təlimlər sessiyası keçiriləcək

Baku Community Space-in USAİD maliyyə dəstəyi ilə həyata keçən "Oxumayan qalmasın" layihəsi çərçivəsində 22-24 aprel tarixlərində Lənkəran rayonunda yerləşən “Tor Coffee Shop”-da müxtəlif məktəblərdən olan məktəb müəllimlərinə "Erkən nikah və Təhsil" mövzularında ekspertlər tərəfindən təlimlər sessiyası həyata keçiriləcəkdir. 
Layihə müddətində baş tutacaq təlim mövzuları:
“Məktəbdə müəllimin lider olaraq rolu” 
“Erkən nikah, məktəbdə inkluzivlik və təhsil hüququ” 
“Forum Teatr” 
Layihə 3 gün müddətində ödənişsiz olaraq həyata keçiriləcək və sonda iştirakçılara sertifikat təqdim olunacaqdır.
Qeydiyyatdan keçmək üçün Link
Son müraciət tarixi: 20 aprel

Hər hansı bir sualınız olduqda aşağıda qeyd olunan əlaqə vasitələri ilə əlaqə saxlaya bilərsiniz:
 Mobil & WhatsApp: tel:055-867-78-26 
 E-mail: [email protected]
 Ünvan: Lənkəran, Tor Coffee Shop