muhasibatliq-ucotuna-yeni-baslayanlar-ucun-tovsiyyeler

Mühasibatlıq uçotuna yeni başlayanlar üçün tövsiyyələr

Gələcək karyerasında iqtisadiyyat, mühasibatlıq sahəsinə yönəlmək istəyən gənclər ilk növbədə bu sahəni araşdırmalı, mühasibatlıq haqqında kifayət qədər məlumata sahib olmalıdır.


Mühasib kimdir?
Mühasib sözünün mənası "hesab aparan şəxs" deməkdir. Mühasibin vəzifəsi müəssisədə baş verən əməliyyatları əməliyyat jurnalında əks etdirmək, maliyyə və idarəetmə hesabatlarını hazırlamaq, vergi uçotunu tərtib etmək və təqdim etməkdən və s. ibarətdir. 
Mühasibat uçotu nədir?
Mühasibat uçotu – idarəetmənin (müəssisə və ya təşkilat) maliyyə hərəkətlərini (fəaliyyətlərini) qeyd edən, elm sahəsidir.

 
       Mühasibat uçotu  vacib və mürəkkəb bir sistemdir. Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də. Ümumiyyətlə, mühasibat sistemi hər bir müəssisə üçün vacibdir. Əgər müəssisədə mühasibatlıq sistemi olmasa o müəssisənin inkişafından söhbət gedə bilməz.
Mühasibatlıq sahəsinə yönəlmək istəyirsinizsə bir sıra bilik və bacarıqlara sahib olmalısınız. Bunlardan ən önəmlisi riyazi biliklərin güclü olmasıdır. Nəzərə alsaq ki, mühasibin işlərindən biri uçot və hesabatları hazırlamaqdır. Məsələn: fakturaların vaxtında ödənilməsinə və göndərilməsinə diqqət etməlisiniz.
Bacararıqlara gəldikdə isə özünüzü daim inkişaf etdirmə, rəqəmlərlə işləmə, təhlil etmə, öyrənmə, tədqiq etmə, müşahidə etmə kimi bir sıra  bacarıqlara sahib olmalısınız.


Mühasibatlıqda hansı proqramları bilmək vacibdir?
        Əsas bilməli olduğunuz proqramlardan biri 1C proqramıdır. 1C müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqramdır. Əlbəttə 1C proqramından başqa Logo, Günəş və s. kimi altenativ proqramlar da var ki, onlardan birini bilməyiniz də sizin üçün üstünlükdür. Bilməli olduğunuz proqramlardan biri də BTP (Bəyannamə Tərtibatı Proqramı) proqramıdır. BTP-də vergi orqanlarına təqdim olunacaq bəyannamələri oflayn şəkildə tərtib edə bilərsiniz. Bu proqramları kurslara gedərək və ya youtube platforması vasitəsilə öyrənə bilərsiniz.
         Bundan başqa www.e-taxes.gov.az saytı ilə işləməyi də bacarmalısınız. Bu sayt vasitəsilə BTP proqramında hazırladığınız bəyannamələri təqdim edə və ya bəyannamələri onlayn şəkildə tərtib edə və təqdim edə bilərsiniz. 

         Siz əgər rəqəmlərlə işləməyi bacarırsınızsa və yuxarıdakı bacarıqlara sahib olduğunuzu düşünürsünüzsə, bu tam sizə görə bir işdir. Özünüzü daha da inkişaf etdirərək bu sahə üzrə peşəkar birinə çevrilə bilərsiniz.

Uğurlar!