muhendislikde-xanimlar-adli-tedbir-kecirilecek--

"Mühəndislikdə xanımlar" adlı tədbir keçiriləcək

Azərbaycan Mühəndislər Birliyinin təşkilatçılığı və UFAZ-ın dəstəyi ilə 8 mart - Qadınlar Gününə həsr edilmiş "Mühəndislikdə xanımlar" tədbirinə mühəndislik ixtisasında təhsil alan bütün xanımlar dəvətlidir!

Görüşdə xanım mühəndis qonaqlarımız öz karyeralarından, qadınların xaricdə təhsil imkanlarından, sahədə qarşılaşdıqları çətinliklərdən və həll yollarından, yumşaq bacarıqlardan danışacaqlar.

 Qonaqlarımızı tanıyaq!

 

 Parvana Babayeva:

Bakalavr 2007-2011; Bakı Dövlət Universiteti, Kimya

Magistr 2011-2013; Bakı Dövlət Universiteti. Ətraf mühit kimyası

Magistr 2018-2020: Ajou University, Enerji elmi və siyasəti

 SOCAR Ətraf mühitin mühafizəsi üzrə mühəndis 2014-2018

 SOCAR Ətraf mühitin mühafizəsi üzrə mühəndis 2020-2022

Ekol Mühəndislik Xidmətləri QSC-də Ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis-2022-cari

 

 Afsana Chopurova:

 Bakalavr 2015-2019: Azərbaycan Memarlıq və İnşaat Universiteti: Inşaat Mühəndisliyi

 Magistr 2021-2023: Bakı Mühəndislik Universiteti: Metal Konstruksiya Mühəndisliyi

 Paşa İnşaat: Saha Mühəndisi-2018-2019

  SOCAR-KBR: Metal Konstruksiya Mühəndisi-2019 - cari

 

 Aydan Zahidova:

 Bakalavr-2015-2019: Xəzər Universiteti; Neft-qaz mühəndisiliyi

 Halliburton: Completion Fluid Intern - 2017

 BP: Petroleum Engineer Intern-2018

 Halliburton: Geoscientist - 2019-2023

 Halliburton; Senior Technical Professional-2021-2023

 SOCAR AQS; Qazma mühəndisi - 2023 - cari

 

 Rugiyya Israfilova:

 Bakalavr-2013-2018; Bakı Ali Neft Məktəbi; Kimya mühəndisliyi

 Magistr-2021-2023; Bakı Ali Neft Məktəbi; Neft və Qaz texnologiyası

 SOCAR-KBR-Proses mühəndisi - 2019-2021

 BP Proses mühəndisi - 2021-2023

 TEKFEN Proses mühəndisi - 2023 - cari

 Tarix:08.03.2023

 Saat: 11:00

 Məkan:UFAZ

 Son qeydiyyat tarixi:5 mart, saat 18:00

 Görüşdə yalnız xanımlar iştirak edə bilər!