musahibelerde--100--ugur-elde-etmek-sirrleri--

Müsahibələrdə 100% uğur əldə etmək sirrləri

Arzuladığın işə uğurlu müraciətindən sonra nəhayət müsahibəyə dəvət aldınsa, lazımi hazırlığa başlamaq vaxtıdır! 


Çoxlarının qorxulu yuxusu- müsahibə 
Əslində bütün namizədlər müsahibə öncəsi həyəcanlana bilir, buna səbəb insanlar önündə təqdimat qorxusudur. Lakin emosiyaları idarə etməklə, özgüvənli şəkildə işi qazanmaq üçün bəzi qızıl qaydaları bilmək kifayət edir. 


Məqsədyönlü olmaq
Niyə sualına cavab verə bilmək üçün, özün ilk növbədə hara və nə məqsədlə getdiyini bilməlisən. Nə istədiyini bilən namizədin uğur qazanma ehtimalı çox yüksəkdir. Bu səbəbdən, araşdırmanı yaxşı et, şirkətin işi, işçiləri, uğurları, məqsədləri haqqında məlumatlı ol. Bu sənə, onların prioritetlərinə yaxınlaşdıracaq və mühiti tanıdacaq. Bunları bildikdə, nə məqsədlə müsahibə otağına daxil olduğunu aydın və özgüvənli şəkildə ifadə edə biləcəksən. 
Görünüşə qiymət ver
Nə qədər peşəkarlığın və təcrübən qiymətli olsa da, ilkin olaraq səni geyiminə görə qiymətləndirəcəklər. Ona görə də, müsahibəyə hazırlaşdığın geyim tərzinə özün qiymət ver, bu geyim qarşı tərəfdə nə hisslər, təəsuratlar yaradacağı haqqında düşün. Digər namizədlərdən fərqlənməyə və seçilməyə çalış. Lakin ən əsas rahat geyimdə səni özgüvənli hiss etdirən qaydada geyinməyi unutma. 
Dərindən nəfəs almaq
Müsahibə öncəsi həyəcan normaldı lakin bu vəziyyətdə müsahibəyə daxil olmaq işini çətinləşdirə bilər. Dərindən nəfəs almaq, və fikrini toplağa kömək olacaq vasitələrdən istifadə etmək, həyəcanı azalda bilər. Cümlələri əzbərləməyə çalışma, həyəcandan unudub, bütün təqdimat prosesini məhz etməkdənsə, özün ol. Özünə “Ən pis nə ola bilərki?” sualını ver və ən yaxşı ola biləcək şəkildə özünü göstər
Göz kantaktı
Artıq müsahibə otağındasan və bu an sənindir. Müsahibəni bəzən bir bəzən də bir neçə şəxs götürə bilər. Bu səni qorxutmasın. Hər kəs ilə göz kontakti qur, kim hansı sualı ünvanlayırsa, ona baxaraq, cavablamağa çalış. Gözlərində əminlik və rahatlıq olsun, qarşı tərəfə yönəlmiş bu diqqət sənin xeyrinə çalışacaq. 
Bütün imkanlardan istifadə
Müsahibə prosesi sənin düşündüyünüzdən tez başlayır və bitir. Hələ CV oxunduğu andan sənin müsahibədən sonra email yazmağına qədər və sonra proses hələ də qüvvədə qalır. Odurki, maksimum hər şeyə diqqət yetir. Bu sənin onlara ayırdığın zamandır, əmin ol ki, bu qızıl dəyərində zamanın boşa deyil. 100% bütün potensialını, imkanlarını və istəyini göstər. Nə dərəcədə güclü namizəd olduğunu biruzə etməkdən çəkinmə və işi al. 
Hər şey bilməmək 
Müsahibə tək tərəfli proses deyil. Sən də sual hazırla, cavab gözlə. Lakin sənə ünvanlanan bütün sualları bilməlisən deyə bir anlayışın olmadığını daim xatırla. Xatırla ki, cavablamaq məcburiyyətində hiss edib, özgüvənivi aşağı salmayasan. Bilmədiyin məqamları, gedib araşdıracağını bildirmək səni daha peşəkar edər. 


Bunlardan əlavə səni əsas narahat edən amili bilməyin, nəyin üzərində çalışmağına istiqamıtləndirəcək. 
Daima öz gücünə inan, lakin bəzən bunu hiss etməsən də, özgüvənli görünməyi unutma!