musterilerle-elaqeler-uzre-tecrubeci-vakansiyasi--

Müştərilərlə əlaqələr üzrə təcrübəçi vakansiyası

JOEL MMC Müştərilərlə əlaqələr üzrə təcrübəçi vəzifəsi üzrə Azərbaycan və Rus dillərində sərbəst danışa bilən işçi axtarışı elan edir!

Tələblər

Təhsil:Ali

Dil bilikləri: Azərbaycan dili – sərbəst, Rus dili – sərbəst

Kompüter bilikləri: MS Word – yaxşı, MS Excel – yaxşı, Outlook – yaxşı

Təcrübə yaxud sertifikat: Tələb olunmur

Vəzifə öhdəlikləri:

1. Müştərilərlə ünsiyyətin qurulması – xidmət prosesi tələbi çərçivəsində telefon zəngləri, e-poçt, sms vasitəsilə Müştərilərlə mütəmadi əlaqənin saxlanması, Müştərilərdən daxil olan zənglərin cavablandırılması və yaranan çətinliklərlə bağlı dəstəyin təmin olunması;

2. Profilin idarə edilməsi – müvafiq məlumatları daxil etməklə və ya yaranan problemləri həll etməklə Müştəri hesabının idarə edilməsi;

3. Aktivliyin qeyd edilməsi – Müştəri sorğularının qeyd edilməsi və iş tamamlanana qədər dəstək xidmətinin monitorinqinin həyata keçirilməsi, Müştərinin qaldırdığı məsələlərlə bağlı tam dəstək xidmətinin təmin edilməsi;

4. Rəylərin idarə edilməsi - Müştəri məhsulları ilə bağlı rəylərin idarə edilməsi və CRM sisteminə daxil edilməsi;

5. Tarixçənin nəzərdən keçirilməsi – Müştərilərlə əlaqə tarixçəsinin nəzərdən keçirilməsi və fəaliyyət tarixçəsinin izlənilməsi;

6.Məlumatların təhlil edilməsi – Şirkətin təqdim etdiyi platformada Müştəri hesablarının axınının təhlil edilməsi və abunəlikdəki dəyişikliklərin izlənilməsi, digər şöbələrlə mütəmadi koordinasiyanın təmin edilməsi.

İş günləri: 5 günlük iş rejimi (Şənbə-Bazar istirahət günləri)

İş saatları: 10:00 - 19:00

İş yeri: Həsən Məcidov 3, Bakı şəhəri

Təminatlar: Nahar, nəqliyyat təmin edilmir.

Əmək haqqı: Ödənişli təcrübə (Təcrübə sonunda sertifikat təmin edilir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu hissəsində “vakansiyanın adı”nı qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.