national-geographicin-desteyi-ile-forest-school-tehsil-proqrami-layihesi-reallasacaqdir--

“National Geographic”in dəstəyi ilə “Forest School Təhsil Proqramı” layihəsi reallaşacaqdır

“National Geographic”in dəstəyi ilə “Forest School Təhsil Proqramı” layihəsi reallaşacaqdır.

Proqram çərçivəsində seçilmiş 6 pedaqoq - lider üçün “forest school təhsil məzmunu”na uyğun 2 səviyyədə təlimlər keçiriləcəkdir. Təlim keçmiş pedaqoqlar uşaqlardan ibarət öz qruplarını formalaşdıracaq və onları “forest school” fəaliyyətlətlərinə cəlb edəcəklər. Sonda ölkəmizin zəngin təbiətli regionlarından birində bütün iştirakçılar üçün yay məktəbi təşkil olunacaqdır. Yay düşərgəsində uşaqlar qrup rəhbərləri ilə birlikdə iştirak edəcək və müxtəlif tədqiqat yönümlü fəaliyyətlərə cəlb olunacaqlar.

Layihəyə qoşulmaq və əlavə məlumat almaq üçün https://www.forestschool.az saytında “Tədbirlər”->"Layihələr" bölməsinə daxil ola bilərsiniz.