nayora-konullusu-ol-xii-konulluluk-proqramina-sen-de-qosul

"NAYORA könüllüsü ol XII" könüllülük proqramına sən də qoşul!

 Yerli və beynəlxalq layihələrdə iştirak etmək, NAYORA-da təcrübə toplamaq və sosial çevrəsini genişləndirmək istəyən gənclərin nəzərinə!

 Uzun zamandır gözlədiyiniz könüllülük proqramına qeydiyyat yenidən başladı.

 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 147 gənclər təşkilatını birləşdirən NAYORA ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur.

 NAYORA könüllüsü olmaqla sən:

 - Yerli və beynəlxalq tədbirlərdə, seminarlarda iştirak edəcəksən;

- İşinin peşəkarı olan mütəxəssislər və komanda ilə işləmək imkanı qazanacaqsan:

- Layihə idarəetməsi bacarıqlarını inkişaf etdirəcək və keçirilən layihələrdə iştirak etmək imkanı qazanaraqan

- Gələcək iş hayatı ilə tanış olacaqsan;

- Yeni şəxslərlə tanış olaraq öz dost çevrəni genişləndirəcəksən

Kimlər müraciət edə bilərlər:

 -17-24 yaş aralığındakı gənclər;

- Azərbaycan, xüsusən Bakıda yaşayan gənclər;

 -Yenilikçi, innovativ və kreativ gənclər;

- Gənclərlə iş sahəsində işləməyə motivasiyası olan gənclər;

- Komanda ilə birgə işləməyə motivasiyası olan gənclər;

- İngilis və ya hər hansısa dil biliyinin olması arzu olunandır.

 Könüllülük programının müddəti: 4 ay

 Müraciət üçün son tarix: 10 Mart 2023

Qeydiyyat Linki