"Nə?' "Harada?" "Nə zaman?" formatında intellektual oyunu keçiriləcək!
Əziz könüllülərimiz,
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi pedaqoji profilli ixtisaslarda təhsil alan, dünya görüsünə və biliyinə güvənən tələbələr arasında təhsil mövzusunda "Nə?"Harada?"Nə zaman?" formatında intellektual oyun təşkil edir.
Beynəlxalq Müəllimlər Gününə həsr olunan turnirdə tərkibi 5 nəfərdən ibarət olmaqla ümumilikdə 20 komandanın mübarizə aparması nəzərdə tutulur.
Layihənin keçirilməsində əsas məqsəd gənclərin maarifləndirilməsinə, intellektual inkişafına, təşkilatlanmasına, fərdi və sosial inkişafının təmin olunmasına dəstək göstərməkdir.
Qeyd edək ki, sonda turnirin qalibləri medal və hədiyyələr ilə təltif olunacaqlar.