niye-diqqetimi-cemleye-bilmirem-8-sebeb-ve-mumkun-hell-yollari

Niyə diqqətimi cəmləyə bilmirəm? 8 səbəb və mümkün həll yolları

Elon Musks və Steve Jobs məlumat bazasının  günü - gündən artdığı bu dünyada uğurun əsas komponentinin bir şey olduğunu başa düşdüklərini bildirdilər:

Diqqət.  2021-ci ildə özümüzdən soruşmamız lazım olan ən vacib sullardan biri məhz "Niyə diqqətimi cəmləyə bilmirəm?" olmalıdır. 
Bir çox insan nə etməli olduğunu bilir, amma nə edəcəyinizi bilməklə həqiqətən etmək arasında böyük bir fərq var. Üstəlik, bir çox insan vaxtı idarə edə bilmədiyi halda ən effektiv şəkildə idarə etdiyini düşünür.
Diqqət, gördüyümüz və hiss etdiyimiz bir şey deyil, fəaliyyətin müəyyən bir obyekt üzərinə yönlənməsi, onun üzərində mərkəzləşməsidir. Hətta ən yaxşı diqqət cəmləmə bacarığına sahib olanlar belə maneələrlə qarşılaşdığı zaman diqqətini cəmləməkdə çətinlik çəkə bilir. 
Bəs niyə diqqətimizi cəmləyə bilmirik?
Bir vaxtlar səssiz qalan dünyamızı e-maillərdən, mesajlardan, bildirişlərdən və xatırlatmalardan davamlı səs-küylər əvəz etdi. Statistik olaraq, ortalama dörd dəqiqədən bir yayındırıldığımız söylənilir. Əsas problem isə diqqəti yenidən toplamanın 23 dəqiqə çəkməsidir. 
Əslində, heç vaxt diqqətimiz bir şeyə yönəlmiş halda deyil. Bunun əvəzinə, bir tapşırıqla digəri arasında hərəkət edirik. Bunu düzəltmək üçün əvvəlcə maneələrin harada olduğunu anlamalıyıq. Maneləri müəyyən etdikdən sonra sonra səs-küyün qarşısını almaq və diqqətimizi qarşıda duran vəzifələrə yönəltmək üçün çalışmalıyıq. 
Aşağıdakı siyahıdakı məqamlardan biri ehtimal ki, diqqətinizi cəmləyə bilməməyinizin səbəbidir. Elədirsə sizin üçün həll yollarımız var.
1. Sizin smartfonunuz
Məhsuldarlıqdan danışarkən ən böyük alətimiz elə ən  böyük düşmənimizdir. Hər hansı bir vasitə kimi, smartfon yaxşı və ya pis üçün istifadə edilə bilər. Şəxsi inkişaf materiallarını dinləmək üçün ağıllı telefonundan istifadə edən bir şəxs varsa,  video oyun oynayan 100 nəfər var. Ancaq hər uğurlu insan, ağıllı telefonun yaratdığı təhlükələri başa düşür və bunun qarşısını almağa çalışır. 
Mümkün həll yolu: Yalnız mütləq lazımi tətbiqləri quraşdıraraq ağıllı telefonunuzu ağıllı bir iş alətinə çevirin.
2. Bildirişlər
Bu, diqqətin yayınmasına səbəb olan bir nömrəli səbəblərdəndir. Smartfonlarımız vasitəsilə hər kəslə e-mail və ya sosial media vasitəsilə əlaqə qururuq. Təbbi olaraq, bu, gündə yüzlərlə bildirişlərin gəlməsinə səbəb olur. Yazdığımız hər bir yazıya, elektron poçtumuza, söhbət mesajımıza və xəbər yeniləməyimizə cavab olaraq gələn bildiriş səsi diqqətinizi gün ərzində yayındırır. 
Mümkün həll yolu: Siz həkim deyilsiniz. Bütün lazımsız bildirişləri söndürün.
3. Motivasiya azlığı
2020 – ci ildə COVID-19 bir çox müəssisəyə ağır zərbə vurdu. Amma diqqət olunmayan bir nüans, karantinin ruhi sağlamlığımıza, xüsusən də motivasiyamıza verdiyi inanılmaz təsirlərdir.
Nəticədə, intihar cəhdləri və narahatlıq getdikcə çoxalır. Qaranlıq vaxtlarda motivasiyanı itirmək, özümüzdən niyə əziyyət çəkməliyəm deyə soruşmaq asandır?
Ancaq diqqət yetirdiyimiz zaman  İspan qripi və ya Qara Taunun yayıldığı zamanda tibbin bugünkü vəziyyətinə yaxın olmadığımız bir dövrdə bunlardan xilas olduq. Vaksinlərin tətbiqi ilə işlər daha da yaxşılaşacaq və biz yaranacaq yeni  fürsətlərə  hazır olmalıyıq.
Mümkün həll yolu: Motivasiya çatışmazlığı ilə mübarizənin ən yaxşı yolu güclü olmaqdır. Motivaiyanızı artırmaq üçün səy göstərin.  Bunun üçün  Zig Ziglar’ın How to Stay Motivated kitabını oxumaq və ya Edge veya Personal Power səs proqramları ilə motivator  Tony Robbins'i dinləmək sizin üçün faydalı olacaq. 
4. Çox tapşırıq
İnsanlar eyni anda iki şey edə biləcəyini düşünməyi sevir, amma bu, fokusun tam əksidir. Bir işdən digərinə keçdiyimiz zaman diqqətimizi asanlıqla yeni işə yönləndirməyi bacarmaq çətindir.
Gördüyümüz iş çətin olduqda, asan həll yolları axtarırıq, amma başqa bir vəzifəyə keçmək bizi qaçılmaz olaraq iki yarımçıq tapşırıq haqqında düşünməyə vadar edəcək.  Hər nə qədər çox tapşırığınız olsa da gördüyünüz iş bitənə qədər digərləri haqqında düşünmək məhsuldarlığı aşağı salacaq. 
Mümkün həll yolu: Daha çox şey etmək istəyinizdən çəkinin; əvəzinə hər şeyi tək tapşırıq olaraq düşünün və biri tamamlanmadan digərinə keçməyə cəhd etməyin. Daha az iş görəcəksən kimi görünə bilər, ancaq tək fikirli fokuslar tapşırıqları sərf edəcəyiniz vaxtın yarısından azında yerinə yetirməyinizə kömək edəcək.  
5. Sağlamlıq problemi
Zəif sağlamlığın fokuslanma qabiliyyətinizə təsiri danılmazdır.  Ağrı fokuslanmaq üçün ciddi bir maneədir.  Sağlamlığı həyatda prioritet halına gətirməklə yataqda və ya klinikaları ziyarət etməklə keçirəcəyiniz zamanı bonus olaraq qazanacaqsınız.  
Mümkün həll yolu: Etməli olduğunuz şey: sağlıqlı qidalanma, mütəmadi olaraq idman etmək və alkoqoldan və kofeindən uzaq durmaqdır.  Ən əsası isə davamlı olaraq sağlamlığınıza diqqət yetirmək və sağlamlığınıza zərər verən şeylərdən uzaq durmaqdır. 

6. Zəif yuxu
Uğurlu olmaq istəyən insanların bir çoxunun ilk düşündüyü şey yuxunu azaltmaqdır. Məntiq isə ondan ibarətdir ki, daha az yatmaqla daha çox çalışmaq üçün zaman ayırsınlar. Bu tamamilə yanlış fikirdir. 
Bəzi zamanlarda gecə yuxusuz qalmaq məcburiyyətində ola bilərik, ancaq  yuxu bədənimizin və zehnimizin yenidən enerji yığmasI üçün vacibdir. Stress, narahatlıq, baş ağrısı və digər bir çox problemlər daha çox zəif yuxu vərdişlərinə görə yaranır. Əksər insanlar üçün altı saatdan az yatmaq  diqqət çatışmazlığı və aşağı məhsuldarlıq ilə nəticələnir. Beynimiz yorğun olduqda səhvlər artır və düzəlişlər daha çox zamanımızı ola bilir.
Mümkün həll yolu: Yuxunu prioritet hala gətirin. Böyük bir layihə və ya təqdimat səbəbiylə gecə yuxunuzu qısaltmaq məcburiyyətində qaldığınız günlərdə, ertəsi gün biraz daha çox yatmağa çalışın. 
7. Ekranlar
Bu gün insanların çoxu gündə səkkiz ilə on saat arasındakı zamanını smartfon, tablet və ya televizor  ekranına  baxmağa sərf edirlər. Ən pisi isə budur ki, bu vəziyyətdən gözlərimiz əziyyət çəkir.
Mümkün həll yolu:  Özümüzə davamlı olaraq ekranların real həyat olmadığını xatırlatmalıyıq. Yuxunu təyin etməli olduğumuz kimi, fasilələrimizi də təyin etməliyik. 20-20-20 metodu da  ekranlarlardan uzaqlaşmaq üçün mümkün həll yollarından biri ola bilər: hər 20 dəqiqədən bir 20 saniyəlik 20 metr uzaqlıqdakı  bir şeyə baxın.
Mavi işıq eynəklərini də sınaya bilərsiniz. Müasir ekranlar ciddi şəkildə parlaqdır. Rəngləri növbəti səviyyəyə qaldırırlar, amma bu, hər kəs üçün yaxşı xəbər deyil. Bəzi insanlarda ekranların qarşısında uzun müddət oturmaqdan baş ağrısı və göz yorğunluğu yaranır. Bu siz olsanız, mavi işıq eynəklərindən istifadə etməyiniz faydalı olacaq.
8. Sosial Media
Sosial meyda güclü cazibə qüvvəsi olan qara dəliyə bənzəyir və demək olar ki, gün ərzindən ən çox diqqətimizi yayındıran, zamanımızı alan vasitədir. 
Mümkün həll yolu: Sosial medyaya sərf etmək üçün bir müddət təyin edin. Yoxlayaraq, sosial medyadan istifadə üçün əslində nə qədər az bir zamana ehtiyacınız olduğunu görəcəksiniz.  Sosial şəbəkələrinizi  dostlarınız və izləyicilərinizlə əlaqə saxlamaq üçün istifadə əvəzinə, bir iş aləti kimi istifadəyə üstünlük verin. Müştərilərlə məlumat paylaşmaq, xidmətlər təklif etmək, məqalələr və ya təqdimatlar üçün yeni fikirlər toplamaq sizin üçün daha faydalı olacaq.


Özünüzə  "Niyə fokuslana bilmirəm?" sualını verdiyiniz zaman sizə maneəə yaradan şeyləri müəyyən edin. Yuxarıda göstərilənlərdən heç olmasa biri  diqqətinizin dağılması səbəbidir. Diqqətinizi yayındıran şeylərlə mübarizə apararaq işinizdə daha məhsuldar və uğurlu ola bilərsiniz.