niye-gelirinizin-en-azi--20-ni-saxlamalisiniz

Niyə gəlirinizin ən azı 20%-ni saxlamalısınız?

Pula qənaət edə bilirsən? Daim gəlir əldə etmək yoxsa qənaət etmək? Gəlin bərabər qızıl 50/ 30/ 20 qaydasına nəzər yetirək 


Kifayət qədər mübahisəli mövzu sayılan – qənaət. 
Bəziləri əldə etdiyi bütün gəliri tez bir zamanda xərcləyir, digərləri isə əksinə yalnız vəsaitləri yığır. Lakin əsas məsələ sənin maliyyə vəsaitlərini idarə etmə bacarığındır. 
50/30/20 minimalsitik və sadə büdcə idarəolunma sistemidir. Düzgün tədbiq olunduqda, uğurlu işləyir. 
Bu qayda aylıq gəlirin 50%-ni zəruri xərclərə ayırmaqdan başlayır. Zəruri dedikdə, qida, yaşayış, vergilər, yəni fəaliyyət göstərməyin üçün əsas xərclərdir. Digər 30%-ni inkişaf və əyləncə üçün xərcləməyin haqqındadır. Burada daha çox ikinci plan ehtiyaclarını ödəyə bilmə xərcləri nəzərdə tutulur. Qalan 20%-i isə, qənaət edib, ani və gözlənilməz xərclər yarandıqda qarşılaya bilmən üçün kənara qoyduğun büdcədir. 
Bu sistem, nəinki fərdlərə, hətta gəlirli istənilən qurumda tədbiq olunmaqla, daimi xəzinədə pulun mövcudluğuna şərait yaradır. Əgər yeni başlayan sahibkarsansa, gəlirdən çox gözlənilməz xərclərin yarandığını nəzərə alsaq, bu qayda yerinə düşür. 
Bəs niyə gəlirin məhz 20%-i? 
Təbiki, gəlirindən və zəruri xərclərindən aslı olaraq, daha az məbləği qənaət etməklə başlaya bilərsən. Vacib olan hardansa başlamaqdır. Mərhələli şəkildə başlanğıcda cəmi 5% qənaəti düzgün gəlir və xərclərin idarəsi çərçivəsində artırmaq olacaq. 


Bu məqsəddə sənə faydalı olacaq 3 məsləhəti təqdim edirik:


1.    Gəlir və xərclərini qeydə al
Adətən eşidilən ifadə ‘Pul hardan gəldi hara getdi bilmədim'. Belə problemlər ilə üzləşməmək üçün öz gəlir və xərclərini qeydə al, yaz və nəyi nə üçün xərclədiyinin fərqinə var. 


2.    Prioritetləri müəyyənləşdir
Nəyin daha vacib olduğunu adekvat qiymətləndirməyi bacardıqda, prioritetlər formalaşır. Bu da, artıq xərclərin yaranmasından yayındırır. Nəticədə sənə və məqsədinə nail olmağa daha çox nə lazımdırsa, ona xərcləyəcək vəsaitlərinin daha çox qalacağını görəcəksən.


3.    Gündəlik vərdişə çevir
Heç bir bacarığa məcburiyyət kimi yanaşma. Gəlir və xərclərin idarə olunması bacarığını həyatda tədbiq etdikcə, bunu norma kimi qəbul etsən, daha sonra vərdiş formalaşdıracaqsan. Bu vərdiş sənə həm planlı olmağı, həm istənilən büdcə idarə edə bilməyi həm də nəticədə qənaət edə bildiyin vəsaiti daha məqsədyönlü və faydalı xərcləməyinə şərait yaradacaq. 


Daha əvvəl də qeyd etdiyimiz kimi önəmli olan pul yığmaq deyil, vəsaiti düzgün idarə etməkdir. Bu məsləhətlər vasitəsi ilə aylıq gəlirinin ən azı 20%-ni qənaət etməklə, məqsədlərinə daha yaxın olacaqsan!