novbeti-eko-skaut-dusergesi-bas-tutacaq--

Növbəti Eko-skaut düşərgəsi baş tutacaq

Növbəti Eko-skaut düşərgəsi baş tutacaq 

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan ilə birgə, IDEA Campaign eko-skaut proqramı çərçivəsində təşkil edilən Hirkan Milli Parkında 16-18 oktyabr tarixində "Təbiətin keşiyində" adlı yeni bir düşərgə təşkil olunacaq.

İştirakçıları Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.

Eko-skaut düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər:

Yaş həddi: 18-25

Təhsil: Ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan və ya təhsilini tamamlamış gənclər

Qeyd: Düşərgənin müddəti 2 gecə 3 gündür. İştirakçılar çadır, yataq kisəsi, mat, təlim ləvazimatları, ilk yardım dəsti, nəqliyyat, qida və su ilə təmin olunacaqlar.

Qeydiyyat

Əlavə məlumat üçün: Tel.: +(994 12) 4976316