novbeti-qrant-musabiqesine-qeydiyyat-aciq-elan-edilir--

Növbəti qrant müsabiqəsinə qeydiyyat açıq elan edilir!

Gənclər Təşkilatlarının nəzərinə,

Diqqətinizə çatdırmaq istərdik ki, BMT-nin Qadınlar Təşkilatı və Əhali Fondu növbəti qrant müsabiqəsini elan edir!

Gender stereotiplərini və ayrıseçkilik edən sosial normaları aradan qaldırmaq və həll etmək məqsədi ilə Azərbaycan üçün də elan edilmiş qrant müsabiqəsinə siz də qoşulun!

Qadınların ödənişsiz əməyi, qızların və gənc qadınların təhsili, sağlamlıq, əlilliyi olan şəxslər, məcburi köçkünlər, həmçinin bu kimi digər həssas mövzularda layihə təkliflərinin edilməsi tövsiyə edilir.

Məlumat üçün qeyd edək ki, qrant müsabiqəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Qrantın məbləği minimum 15.000, maksimum isə 80.000 ABŞ dollarıdır.

Müraciət üçün son tarix 8 Sentyabr 2021-ci il, saat 18:00-dır (İstanbul vaxtı ilə).

Ətraflı məlumat və qeydiyyat linki