Növbəti TİPx konfransı Mingəçevirdə keçiriləcək!
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 25 may tarixində Mingəçevir Dövlət Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx: Mingəçevir” konfransı keçiriləcək.
Məqsəd tələbələri karyera planlamasında vacib olan hədəflərin təyini, davamlı vərdişlərin, təqdimat bacarıqlarının formalaşdırılması kimi bacarıqlar barədə məlumatlandırmaq, ixtisas sahəsini dəyişmək istəyənlərə cəsarətli olmaq, özünə inanmağın işin başlanğıcı olduğunu aşılamaqdan ibarətdir.
Tədbirin mövzuları:
• "Karyeramda mən nə istəyirəm?”
• "İşini göstər, deyim sən kimsən"
• "Gənclik dövrü seqmentasiyası”
• "Biznes qurma sənəti"
Konfransa Mingəçevir şəhəri və ətraf ərazilərdə yaşayan tələbələr, yeni məzunlar və gənclər qatıla bilərlər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Son qeydiyyat tarixi: 24 may, 12:00
Keçirilmə tarixi: 25 may, 10:00
Məkan: Mingəçevir Dövlət Universiteti (Dilarə Əliyeva küçəsi 21)