novco-sirketler-qrupu-muhasibatliq-sobesinde-maasli-tecrube-proqrami-elan-edir--

NOVCO Şirkətlər Qrupu Mühasibatlıq şöbəsində maaşlı təcrübə proqramı elan edir

Mühasibatlıq təcrübə proqramı

 NOVCO Şirkətlər Qrupu yeni məzunlara, iş təcrübəsi olmayan və bizimlə karyera yolunu arzulayanlara Mühasibatlıq şöbəsində ödənişli təcrübə proqramı elan edir.

 Siz də komandamızın bir üzvü olun.

 Təcrübə müddəti 3 aydır, həmin müddətdə müvəffəqiyyətlə fərqlənən namizədlər işlə təmin edilə bilərlər.

 Tələblər:

 1. Maliyyə, mühasibatlıq, iqtisadiyyat üzrə ali təhsil

 2. Riyazi biliklərinin və analitik təhlil bacarığının yüksək olması

 3. Excel üzrə fundamental biliklər və sərbəst işləmə bacarığına malik olması

 4. Aktiv və sürətli öyrənmə bacarığı, işgüzar və hədəfyönümlü olması

 5. Komanda ilə işləmə bacarığı, çeviklik

 Maraqlanan namizədlər [email protected] email ünvanına mövzuda "Mühasibatlıq təcrübə proqramı" yazaraq CV göndərməklə müraciət edə bilərlər.