odenissiz-genc-layihe-menecerleri-proqrami--

Ödənişsiz "Gənc Layihə Menecerləri" proqramı

Demokratik Təşəbbüslər İnstitutu (IDI) "Gənc Layihə Menecerləri" proqramına qəbul elan edir.

Proqramın məqsədi vətəndaş cəmiyyət üçün peşəkar layihə menecerləri yetişdirməkdir.

Təlimlər zamanı iştirakçılar:

- İnsan hüquqları və vətəndaş cəmiyyəti ilə bağlı ümumi biliklərlə tanış olacaqlar;

- Layihələrin yazılması və idarə edilməsi ilə bağlı bacarıqları mənimsəyəcəklər;

- Əldə olunan bilik və bacarıqları tətbiq etmək imkanı əldə edəcəklər.

Umumilikdə təlim proqramı 2 mərhələlidir və proqram çərçivəsində 12 təlimin keçirilməsi nəzərdə tutulur.

Seçim kriteriyaları:

  • Sosial yönümlü olmaq;
  • Məsuliyyət və punktuallıq;
  • Fəallıq və iştirakçılıq;
  • Yaş 18-30.

Təlimin bütün sessiyalarında iştirak, habelə təlim sonrası verilən tapşırıqların yerinə yetirilməsi zəruridir.

Seçimlər müraciət formasına verilən cavablar və müsahibələr əsasında aparılacaq.

Qeyd: Forumu doldurarkən qeyd etdiyiniz məlumatlar heç bir şəkildə 3-cü tərəflərlə paylaşılmayacaq və seçim prosesi bitdikdən sonra silinəcəkdir.

Son müraciət tarixi: 29 oktyabr, 2023

Daha ətraflı öyrənmək və qeydiyyatdan keçmək üçün şərhə əlavə olunmuş anketə nəzər salın.