Ödənişsiz İngilis dili kurslarına müraciətlər yenidən açıldı!
İngilis dilini təkmilləşdirmək istəyən gənclərin nəzərinə!
PROGRO Platforması olaraq Gəncə, Zaqatala və Sumqayıtda təşkil etdiyimiz PULSUZ ingilis dili kurslarının yeni qruplarına qəbul prosesini açıq elan edirik!
İngilis dili proqramının müddəti 6 aydır!
Həftədə 3 dəfə dərs (90-dəqiqəlik) + həftədə 1 dəfə Danışıq Klubu
Proqramı uğurla bitirən gənclərə “İntermediate English” üzrə sertifikat veriləcək.
Yerlər məhduddur, ilk müraciətlərə öncəlik verilə bilər!
Qeyd: proqram 18-30 yaş arası gənclər üçün nəzərdə tutulub
(Qeydiyyat formasında motivasiya ilə bağlı sualı cavablamaq vacibdir!)
“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmışdır və USAID/Azerbaijan tərəfindən maliyyələşdirilir. A-Level Education Group – 1999-cu ildən etibarən təhsil və konsaltinq mərkəzi kimi fəaliyyət göstərərək gənclərin dil bacarıqlarının inkişafı metodologiyasına əsasən tədris xidmətləri göstərir.
