odenissiz-ingilis-dili-kurslarina-muracietler-yeniden-acildi

Ödənişsiz İngilis dili kurslarına müraciətlər yenidən açıldı!

İngilis dilini təkmilləşdirmək istəyən gənclərin nəzərinə!
PROGRO Platforması olaraq Gəncə, Zaqatala və Sumqayıtda təşkil etdiyimiz ÖDƏNİŞSİZ ingilis dili kurslarının yeni qruplarına qəbul prosesini açıq elan edirik!
İngilis dili proqramının müddəti 6 aydır (martın 27-dən sentyabrın 30-dək).

Həftədə 3 dəfə dərs (90-dəqiqəlik) + həftədə 1 dəfə Danışıq Klubu

Proqramı uğurla bitirən gənclərə “İntermediate English” üzrə sertifikat veriləcək.

İştirak etmək istəyənləri 26 fevral 2023-cü il tarixinədək onlayn müraciət ilə qeydiyyatdan keçməyə dəvət edirik.
 

Yerlər məhduddur, ilk müraciətlərə öncəlik verilə bilər!

 (Qeydiyyat formasında motivasiya ilə bağlı sualı cavablamaq vacibdir!)

 

“PROGRO - Peşəkar İnkişaf və İnnovasiyalar Platforması” UNDP Azerbaijan  ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən yaradılmışdır və USAID/Azerbaijan  tərəfindən maliyyələşdirilir.