odenissiz-muhasib-pese-hazirliq-telimi

Ödənişsiz Mühasib Peşə Hazırlıq təlimi

Gənc Mühasiblər İctimai Birliyi Dövlət Məşğulluq Agentliyi ilə tərəfdaşlıq edərək, mühasibatlıq sahəsində ixtisaslaşmış kadr hazırlanmasına, “işsiz və işaxtaran” vətəndaşların məşğulluğunun təmin edilməsinə dəstək göstərir.

Məlumat üçün bildiririk ki, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almasıdır.

GMİB tərəfindən “Mühasib” peşə hazırlığı təlimi 5 ay müddətini əhatə edir. Təlimin nəzəri hissəsi peşəkar təlimçilər tərəfindən tədris olunur, praktiki təcrübə isə əməkdaşlıq etdiyimiz müəssisələrdə təmin olunur. 

Qeyd olunmuş müddət ərzində vətəndaşlar təqaüd (min. əməkhaqqı) ilə təmin edilir.

“Mühasib” peşə hazırlığı təlimində iştirak edə bilər:

- Məşğulluq Altsistemində “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatda olan vətəndaşlar
- Məşğulluq imkanları qiymətləndirildikdən sonra, peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqlənən vətəndaşlar
- Mühasibatlıq üzrə baza bilikləri olan vətəndaşlar
- Bakalavr təhsili qiyabi olan vətəndaşlar

- Kursda iştirak TAM ÖDƏNİŞSİZDİR.
Kursları uğurla bitirən şəxslərə Gənc Mühasiblər Birliyi tərəfindən sertifikat veriləcək və onların məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Peşə hazırlığında iştirak etmək üçün lazım olan meyarlar ilə tanışlıq və qeydiyyat üçün formu doldurmağınız xahiş olunur: