Ödənişsiz "Özünü kəşf et" ustad dərsləri
Böyüklər üçün "Özünü kəşf et" ustad dərslərinin yeni proqramı ilə tanış olun
◽️29 mart
◽️Mövzu: Abstrakt ekspressionizm
◽️Tyutor: Ramal Kazım
Ustad dərsində iştirakçılar ekspressionist rəssam Villem de Kuninqin üslubunda işləyərək, akril, fırça və mastixinlə öz abstrakt kompozisiyalarını yaradacaqlar.
◽️5 aprel
◽️Mövzu: Düşüncələrim ilə baş-başa
◽️Tyutor: Müseyib Əmirov
Hər bir iştirakçı kətan üzərində akril boyarlarla rəsm çəkməklə öz yaradıcılığını üzə çıxaracaq və bədii təxəyyülünü inkişaf etdirmək imkanı əldə edəcək.
◽️Yaş həddi: 16+
Saat:19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Qeydiyyat üçün: tel:050 251 41 15
(Qeydiyyat vaxtı: çərşənbə axşamı – bazar, 11:00-18:00)