odenissiz-vebinar-python-ve-muqeddes-qraal--

Ödənişsiz vebinar: "Python və müqəddəs qraal"

Python proqramlaşdırma dili haqda nələr bilirik? Hal hazırda dünyanın ən populyar proqramlaşdırma dillərindən biri olan Python-u niyə bu qədər sevirlər? Təklif edirik bu suallara cavabı birliksə "Python və müqəddəs qraal" adlı seminarda tapaq. 

Vebinar kimlər üçün nəzərdə tutulub?
 - proqramlaşdırma ilə maraqlanan hər kəs üçün
 - karyerasını proqramlaşdırma sahəsində inkişaf etdirmək istəyənlər üçün 
 - proqramlaşdırma yolunu Python dili ilə başlamaq istəyənlər üçün

Seminarımızın spikeri, Akademiyamızın ilk müəllimlərindən biri, Proqram Təminatının Yaradılması kafedrasının və Kiçik Kompüter Akademiyasının aparıcı təlimçilərindən biri Nadir Zamanovdur. O, IT sahəsində 6-illik iş təcrübəsinə malikdir.  Dərslərdə üstünlüyü təcrübəyə, eləcə də tapşırıq həllinin yarış şəklində təşkilinə verir. Dərləsrdə heç kim darıxmır, çünki Nadir müəllim bütün tələbələri fərqli məşğələlərlə maraqlandırır.

Seminarda hansı mövzulara toxunacayıq?

  •  Nə üçün məhz Python?
  •  Python ilk proqramlaşdırma dili kimi - müsbət və mənfi tərəfləri.
  •  Hardan başlamalı və nə öyrənməli - yol xəritəsi.
  •  Python harada - nümunələr.

Tədbir 18 Sentyabr tarixində saat 16:00-da başlayacaq.

Tədbir ödənişsizdir və azərbaycan dilində keçiriləcək. İştirak üçün sadəcə qeydiyyatdan keçmək kifayətdir.