olkemizde-yuksek-ixtisasli-kadr-olmaq-isteyen-gencler-israilin-aicat-tecrube-proqramina-devetlidir--

Ölkəmizdə yüksək ixtisaslı kadr olmaq istəyən gənclər İsrailin AICAT təcrübə proqramına dəvətlidir!

Respublikamızda Kənd Təsərrüfatı Nazirliyi və müvafiq qurumların tətbiq etdiyi güzəştlər və maliyələşmə mexanizmləri nəticəsində ölkəmizdə aqrar sektor ildən-ilə inkişaf edir. Buna görə də ölkəmizdə kənd təsərrüfatı sahəsində beynəlxalq təcrübəyə malik gənclərə ehtiyac yaranır. Beynəlxalq təcrübə proqramında iştirak edib ölkəmizdə yüksək ixtisaslı kadr olmaq istəyən gəncləri İsrailin AICAT təcrübə proqramında iştirak etməyə dəvət edirik.

İsrailin Xarici İşlər, Kənd Təsərrüfatı və Daxili İşlər Nazirliklərinin dəstəyi ilə qurulmuş Arava Beynəlxalq Kənd Təsərrüfatı Təlimi (AICAT) İsrailin cənubunda Arava səhrasının mərkəzində təşkil olunmuşdur. Aravadakı fermerlərin bu quraq əraziləri yüksək peşəkarlıq və uğurla kənd təsərrüfatı sahələrinə çevirmələri bütün dünyadan tələbə və tədqiqatçıları təlimlərdə iştirak üçün buraya axın etməyə sövq edir. Təlim yarandığı dövrdən bəri 20 000-dən çox iştirakçıya yeni bilik və bacarıqlarını bir peşəkar kimi öz torpaqlarında uğurla tətbiq etməsi üçün böyük motivasiya və imkanlar yaratmışdır.

Təlimin təşkili və müddəti:

2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edəcək təlimdə Aravadakı fermaların ərazisində təşkil edilən şəhərcikdə yaşayacaq, fermerlərin mentorluğu ilə inovativ əkinçilik texnikası ilə tanış olacaq və tədqiqat layihələrində iştirak edəcəksiniz.

Kimlər bu proqramda iştirak edə bilər?

Əgər:

• Aqronumluq, torpaqşünaslıq, aqrokimya, baytarlıq, zoomühəndislik, aqrobiznes, iqtisadiyyat, biologiya, qida təhlükəsizliyi, qida mühəndisliyi fakultələrinin tələbəsi və ya son 2 ilin məzunusansa (Hərbi xidmət keçənlər 3 ilədək);

• İngilis dili biliyin minimum B1 səviyyəsindədirsə

Onda hər il müxtəlif ölkələrdən qəbul edilən 1100 nəfərdən biri ola bilərsən.

Təcrübə proqramında iştirak 3300 $ təşkil edir. Siz bu məbləği ya birdəfəlik, ya da iştirakınız müddətində 9 aylıq hissələrə bölməklə ödəyə bilərsiniz. Aylıq 1400 $ əmək haqqı ilə siz həm təhsil haqqını, həm qalmaq və yemək xərclərini ödəyə və əlavə olaraq, sonda 2500 $ gəlirlə evinizə qayıda bilərsiniz. Arava Beynəlxalq Kənd Təsərrüfatı Təlimi ölkənizə geri qayıtmaq üçün nəqliyyatın təşkilinə də (proqram çərçivəsində 4 aylıq hissələrə bölərək ödəmək şərti ilə) təminat verir.

Bu şansı qaçırmamaq üçün CV-nizi 28 aprelədək hr@aisco.az ünvanına göndərin.

Beynəlxalq təcrübə ilə əmək bazarında rəqabət üstünlüyünü əldə edin.

Tel:  +994502333465