Ölkənin ən böyük intellektual yarışı - “İntellektual Klubların IV Gənclər liqası” başlayır!
İlin ən çox gözlənilən elanı ilə qarşınızdayıq!
Ölkənin ən böyük intellektual yarışı - "İntellektual Klubların IV Gənclər liqası" başlayır!
"Heydər Əliyev İli" çərçivəsində keçiriləcək turnirdə bilik və zəkasına güvənən gənclər komanda şəklində qeydiyyatdan keçərək iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş komandalar 2 seçim turunda iştirak edəcək və qalib gələn komandalar zona finallarına vəsiqə qazanacaqlar. Zona qalibləri isə yekunda final mərhələsində iştirak haqqı əldə edəcəkdir.
Turnirdə iştirak edən hər bir komanda 6 oyunçudan ibarət olacaq.
Yaş həddi 16-29.
Bakı komandaları ayrıca təşkil ediləcək 1 seçim oyununda iştirak edərək mübarizə aparacaqlar.
Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməyə tələsin!
Son geydiyyat tarixi: 10 oktyabr saat 23:59
Turnirlə bağlı yeniliklərdən xəbərdar olmaq və suallarınızı ünvanlamaq üçün "İntellektual Klubların Gənclər Liqası" adlı feysbuk qrupuna qoşula bilərsiniz: