oprys-sosial-simulyasiya-oyunu-kecirilecek--

“Oprys” Sosial Simulyasiya Oyunu keçiriləcək

Sülhə töhfə vermək, birgəyaşayış, münaqişələrin transformasiyası mövzularında biliklərə sahib olmaq və Simulyasiya Oyununda iştirak etmək istəyirsinizsə, layihəmizə qoşula bilərsiniz.

“Oprys” Sosial Simulyasiya Oyunu 2-3 Aprel, 2022 tarixində tam gün olmaqla, Bakı şəhərində keçiriləcək. Oyun Azərbaycan dilində keçiriləcək. Simulasiya Oyununda tam şəkildə iştirak edənlər Sertifikatla təltif ediləcək.

Könüllü Gənclər Birliyi Avropa İttifaqının ‘Stabillik və Sülhə Yardım’ (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ 2” (PeaCE-2) proqramı çərçivəsində həyata keçirilən “Xalqların Birgəyaşayış İmkanları” Simulyasiya Oyunu layihəsinin ikinci mərhələsi üçün iştirakçı qəbulunu açıq elan edir. Simulyasiya oyunu real həyat vəziyyətini təqlid edən, potensial nəticələri yansıtan kompleks qeyri-formal təlim metodudur.

Layihə fəaliyyətlərinin icrasında CRISP təşkilatı, Beynəlxalq Sülh Tədqiqatları və İnkişaf İnstitutu və Bakı İcma Məkanı ilə tərəfdaşlıq həyata keçirilmişdir.

İştirak üçün şərtlər:

> 18-35 yaşında olmaq
> Layihənin iki günündə tam şəkildə iştirak etmək üçün vaxt uyğunluğu
> Yüksək motivasiya
> Sülh, münaqişələrin transformasiyası, inklüzivlik və bərabərlik mövzularına maraqlı olmaq
> Qeyri-formal təhsil sahəsində təcrübənin olması arzuolunandır.

Seçim zamanı iştirakçılar arasında gender balansı qorunacaq, məcburi köçkün və qaçqın iştirakçıların iştirakı xüsusilə nəzərə alınacaqdır.

Qeydiyyat Formu

Son müraciət tarixi: 15.03.2022
Yalnız seçilmiş iştirakçılarla müsahibə üçün əlaqə saxlanılacaq.